Əbülfəs Qarayev direktora xəbərdarlıq etdi: “İdarəçilikdə çox ciddi nöqsanlar var”

51 Baxış

ebulfesDekabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.

Senet.az xəbər verir ki, tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycan Dövlət Filarmonasiyasını sərt tənqid edib:  “Dövlət Filarmoniyasının güclü fəaliyyət göstərməsi vacibdir. Bu mədəniyyət müəssisəsində istedadlı, peşəkar insanlar var. Filarmoniyanın kollektivləri ölkəmizdə keçirilən musiqi festivallarında, dövlət tədbirlərində, eləcə də xarici ölkələrdə yüksək səviyyədə çıxış edirlər. Amma, bununla yanaşı, idarəçilikdə çox ciddi nöqsanlar var. Təşəbbüskarlıq yox səviyyəsindədir”.

Mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə şiddətli töhmət verildi. Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Məlikova ciddi xəbərdarlıq edildi.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova xəbərdarlıq edildi.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10