Əbülfəs Qarayev Xalq aristlərinin davasına münasibət bildirdi

54 Baxış

qarayevAzərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bir müddət öncə Xalq artistləri Ramiz Novruzov və Ramiz Məlik arasında baş verən davaya münasibət bildirib. 

Senet.az Trend-ə istinadən xəbər verir ki,  nazir jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, belə halların qarşısı inzibati yolla alına bilməz: “Mədəniyyət, şou-biznes sahəsi həmişə cəmiyyətə açıq olub. Bu sahədə baş verən hadisələr istər-istəməz insanların diqqətini cəlb edir. Hansısa zavodda bir mühəndisin digəri ilə münaqişəsi olanda bu faktı kim yazır? Heç kim yazmır. Mədəniyyət sahəsində çalışan insanlar göz qabağında olurlar. Sözsüz ki, onlar bilməlidirlər ki, hər bir sözləri, hərəkətləri cəmiyyətdə müəyyən əks-səda doğurur. Mən hansısa inzibati yolla kimə deyə bilərəm ki, Əhmədlə Məmməd vuruşmasın? Bu, mümkün deyil”.

Ə.Qarayev bildirib ki, adları cənab Prezident tərəfindən yüksək fəxri adlara layiq görülən insanlar bu məsuliyyəti tək səhnəyə cıxmaqla bitmiş hesab etməli deyillər: “Bu insanlar davranışları, sözləri ilə cəmiyyətdə yer tutduqlarını da dərk etməli və nüfuzlarını saxlamalıdırlar. Burada hər hansı inzibati yolla, tövsiyyələrlə iş düzəlməz”.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10