Əbülfəs Qarayevdən yeni təyinat

42 Baxış

azerpasha

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev əmrinə əsasən Azərpaşa Nemətov Akademik Milli Dram Teatrın yeni təsis olunmuş bədii rəhbəri-baş rejissor vəzifəsinə təyin edilib.

Nazirlikdən Senet.az saytına istinadən verilən məlumata görə avqustun 31-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərpaşa Nemətovu teatrın rəhbərliyinə və bədii şura üzvlərinə təqdim edib.

Xatırladırıq ki, Azərpaşa Zəfər oğlu Nemət 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru vəzifəsində fəaliyyətə başlayib. Onun “Ah, Paris, Paris!..” (Elçin), “Mənim sevimli dəlim” (Elçin), “Hamlet” (Uilyam Şekspir), “Boy çiçəyi” (İlyas Əfəndiyev),”Şah Qacar” (Əli Əmirli) tamaşaları teatrsevərlərin rəğbətini qazanib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10