“Ədəbiyyat adamı” layihəsi

23 Baxış

111207_tlt5ihihdo

Azərbaycan Yaradıcılıq Fondu yeni layihəyə başlayır.

“Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Bu proyekt çərçivəsində yaxın aylarda Rusiya, Gürcüstan, Türkiyə, İtaliya, Almaniya, Polşa və Serbiyada silsilə ədəbiyyat tədbirlərinin keçirilməsi üçün hazırlıqlar gedir.

Fond “Ədəbiyyat adamı” layihə çərçivəsində artıq ilk işini yekunlaşdırıb. Belə ki, Fondun sədri  Kamal Abdullanın rəhbərliyi ilə son aylarda keçirilən mütəmadi müzakirələr nəticəsində “Ədəbiyyat adamı” adlı mükafat təsis edilib.

Müzakirələrdən sonra Fondun nümayəndələri belə qərara gəliblər ki, dünya təcrübəsində ədəbi mükafatlar əsasən üç tipdə olur:

1) Konkret şərtləri, son qəbul tarixi elan edilmiş mükafata müəllif əsərlərinin təqdim edildiyi mükafatlar (Məsələn, Buker);

2) Hansısa qurumun konkret müəllifin, yaxud əsərin namizədliyini irəli sürdüyü mükafatlar (Məsələn, Nobel, İMPAC DUBLİN);

3) Mükafatın verən qurumun daxili müzakirələr nəticəsində təqdim etdiyi mükafatlar (Məsələn, Kafka mükafatı).

(Sözsüz ki, istisnalar, aralıq variantlar həmişə mövcuddur.)

Bu mənada  “Ədəbiyyat adamı” mükafatı üçüncü bənddə qeyd olunan tipə uyğun gəlir. Mükafatın qalibləri tamamilə subyektiv meyarlar əsasında seçilib. Bu mükafatın unikallığı ondadır ki, burda konkurentlər yoxdur.

Fondun nümayəndələri düşünür ki, ədəbiyyat adamı deyəndə sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşakarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayanlar nəzərdə tutulur.

Azərbaycan Yaradıcılıq Fondu uzun, qısa siyahılar olmadan, birbaşa etdiyi seçimə əsasən, aşağıdakı şəxsləri hər biri 1000 manat olmaqla, “Ədəbiyyat adamı” mükafatı ilə təltif edir:

Nəriman Əbdülrəhmanlı

Səlim Babullaoğlu

Seyfəddin Hüseynli

Elnarə Akimova

Şirindil Alışanlı

Mükafat qaliblərə bu həftə təqdim ediləcək.

“Ədəbiyyat adamı” mükafatının hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulub.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10