“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

15 Baxış

18882080_751917181636842_5340992769702653179_n

İyunun 2-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil Nazirliyindən Senet.az-a bildiriblər ki, tədbirdə təhsil nazirinin müavini, müsabiqənin Təşkilat Komitəsinin sədri Ceyhun Bayramov ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin artıq ikinci ildir keçirildiyini diqqətə çatdırıb. Nazir müavini müsabiqənin gənc nəsildə mütaliəyə həvəsi artırmaq və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaq baxımından əhəmiyyətini qeyd edib.

Müsabiqə üç mərhələdə təşkil olunub. Yarışmanın məktəb mərhələsində bölgələr üzrə 30 minədək şagird iştirak edib. Onlardan 4 min 665-i rayon (şəhər) mərhələsində iştirak hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi martda yekunlaşıb və 114 şagird ölkə mərhələsinə vəsiqə əldə edib.

Bu mərhələdə iştirakçılar dörd variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Müsabiqənin nəticələrinə görə, beş nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 21 nəfər tərifnaməyə layiq görülüb.

Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyələr və kitablar da təqdim olunub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10