“Ədəbiyyat üzrə Nobel mükafatçıları: 1901-2017” adlı kitab işıq görüb

17 Baxış

photo_4513

 

Senet.az xəbər verir ki, “Ədəbiyyat qəzeti” yayınları seriyasından “Ədəbiyyat üzrə Nobel mükafatçıları: 1901-2017” adlı növbəti kitab işıq görüb. Kitabı tərtib və tərcümə edən tanınmış yazıçı-tərcüməçi Əyyub Qiyasdır.

Yeni nəşrdə 1901-2017-ci ilə qədər ədəbiyyat üzrə Nobel mükafatı almış 115 müəllif yer alıb. Kitabın redaktoru “Ədəbiyyat qəzeti”nin baş redaktrou, filologiya üzrə fəlsəfə doktoru, tanınmış ədəbiyyatşünas Azər Turan, rəyçilər akadenik Nizami Cəfərov, AYB-nin katibi İlqar Fəhmi, professor Vilayət Hacıyev, filologiya elmləri doktoru Elnarə Akimova, AYB bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri şair-tərcüməçi Səlim Babulaoğlu və tanınmış yazıçı, tərcüməçi Kamran Nəzirlidir.

Qeyd edək ki, “Ədəbiyyat qəzeti” bu kitabın nəşri ilə bir ilkə imza atıb. Bu, nəşriyyat tarixində ədəbiyyat üzrə Nobel mükafatı almış bütün müəlliflərin bir kitabda təmsil olunduğu ilk və yeganə işdir.

Bölmə : OxucuKlubu, Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10