Ədəbiyyat üzrə Nobel mükafatı belarus yazısıçına verildi

67 Baxış

aleksi2015-cü il üzrə Nobel Ədəbiyyat mükafatının qalibi açıqlanıb. Senet.az xəbər verir ki,  mükafatın sahibi Belarus yazıçısı Svetlana Aleksieviç olub.

Xatırladaq ki, Ədəbiyyat üzrə Nobel mükafatı Alfred Nobelin 1895-ci il vəsiyyətinə əsasən təsis edilmiş 5 istiqamət üzrə mükafatlardan biridir.

Svetlana Aleksandrovna Aleksiyeviç əslən Belarusiyadandır. Uşaqlığı burada keçən yazıçı Belarusiya Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir sıra qəzetlərdə çalışdıqdan sonra Minsk şəhərində yayımlanan “Neman” ədəbiyyat jurnalında müxbir kimi işləyib. Karyerası ərzində  İkinci dünya müharibəsi, Sovet-Əfqan müharibəsi, Çernobl faciəsi, SSRİ-nin dağılmağı kimi hadisələrlə bağlı müxtəlif reportajlar hazırlayıb. Yazıları Lukaşenko rejimini narahat etdiyi üçün, haqqında cinayət işi açılıb. Bundan sonra ölkəni tərk edərək Paris, Berlin kimi şəhərlərdə yaşamağa başlayıb. 2011-ci ildə Minsk şəhərinə yenidən qayıdıb.

İlk kitabı “War’s Unwomanly Face”-i 1985-ci ildə nəşr edilib. Kitab qısa müddət ərzində iki milyondan çox satılıb. Kitabda İkinci Dünya Mühairbəsindən əvvəl yaşayan bir qadının monoloqları verilib. “The Last Witnesses: the Book of Unchildlike Stories” kitabında isə müharibə uşaqlarının xatirələrindən bəhs olunur.

Bu günə qədər kitabları 19 dilə tərcümə olunub. Onun yazdığı pyeslər Fransa, Almaniya və Bolqarıstanda nümayiş olunub.

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10