Ədəbiyyatda psixologizm – Səbuhi Şahmursoy

24 Baxış

sebuhi-427x320

İstənilən bədii əsərdə yazıçı oxucuya bu və ya digər formada hislərdən, insanın sıxıntılarından danışır, amma şəxsiyyətin daxili dünyasına müraciət etmək dərəcələri fərqlidir. Yazıçı dərinliklərə enmədən, bu hissin çalarları və yaranma səbəblərini göstərmədən də yalnız personajın hansısa hissindən çıxarış verə bilər (“o qorxdu” kimi). Personajın bu cür hiss şəkilləndirmələrini psixoloji analiz adlandırmaq olmaz. Qəhrəmanın daxili dünyasına dərin nüfuzetmə, müxtəlif ruhi vəziyyətlərinin analizi, sıxıntı çalarlarına diqqət ümumi olaraq ədəbiyyatda psixoloji analiz adlanır (tez-tez isə ona psixologizm deyirlər). Psixoloji analiz Qərbi-Avropa ədəbiyyatında XVIII əsrin ikinci yarısından sonra yaranmağa başlayır (epistolyar və gündəlik formalarının məşhur olduğu sentimentalizm dövründə). XX əsrin əvvəllərində Z.Freyd və K.Yunqun çalışmalarında şəxsiyyət psixologiyasının dərinlikləri işləyib hazırlanır, şüurlu və şüursuz başlanğıclar kəşf edilir. Bu kəşflər ədəbiyyata, xüsusilə də Coys və Prustun yaradıcılığına təsirsiz ötüşə bilməzdi.

İlk növbədə psixologizmdən epik əsərin analizində bəhs edirlər, çünki qəhrəmanın daxili dünyasının təsvir vasitələrinin bol olduğu yer məhz buradır. Personajın birbaşa təsvir imkanları sırasında şərhçinin də fikirləri yer alır, bununla qəhrəmanın bu və ya digər replika, hərəkətinə şərh vermək, onun davranışlarının həqiqi motivlərini aşkara çıxarmaq olur. Psixologizmin bu forması təyin məcmusu adlanır.

Yazıçının yalnız davranışların xüsusiyyətini – mövzular, mimikalar, qəhrəmanın zahiri görünüşünü təsvir etdiyi vəziyyətlərdə buna dolayı psixologizm deyirlər, çünki qəhrəmanın daxili dünyası birbaşa verilə bilinməməsi ilə yanaşı, həmişə eyni dərəcədə interpretasiya edilməyən xarici simptomlardan asılı olur. Dolayı psixologizmə misal kimi portret, peyzaj və interyerin müxtəlif detallarını göstərmək mümkündür. “Susmaqla danışdırmaq” da psixologizmin bir üsulu sayıla bilər, personajın davranışlarını əhatəli təhlil edən yazıçı bir məqama çatanda onun sarsıntıları haqda qəti heç nə demir, bununla da oxucunu psixioloji analizə məcbur edir. Məsələn, Turgenevin “Zadəgan yuvası” romanı belə bitir: “Deyirlər ki, Lavretskiy Lizanın gizləndiyi həmin ucqar kilsəyə baş çəkib. Qız klirosdan klirosa keçərək ona yaxınlaşıb, tələsik şəkildə məzlum rahibə görkəmi alaraq ona heç baxmayıb da, yalnız ona tərəf olan kiprikləri azacıq titrəşib, arıq sifətini lap aşağı salıb və damarları görünən əlini sıxmış barmaqları daha da bərk sıxılıb. Görəsən, nə düşünüb, nə hiss ediblər? Kim bilir! Kim deyər? Həyatda elə anlar, elə hislər var ki… onlara yalnız işarə edib keçmək olar”. Lizanın jestlərindən onun hansı sarsıntılar keçirdiyi tam aydınlaşmır, yalnız aşkar görünür ki, o, Lavretskiyi unutmayıb. Bəs Lavretskiy ona necə baxıb? Bax, burası oxucuya naməlumdur.

Yazıçı nə vaxt qəhrəmanı “daxildən”, sanki şüuruna, ruhuna nüfuz edərək göstərirsə, dərhal da onun bu və ya digər məqamdakı hallarını izah etmiş olur. Psixologizmin bu növü birbaşa adlanır. Birbaşa psixologizmin formalarına qəhrəmanın mahiyyəti (birbaşa – şifahi və yazılı, dolayı, daxili monoloq) və onun yuxuları daxildir. Hər birinə ayrı-ayrılıqda baxaq.

Bədii əsərdə qəhrəmanın mövzusu əhəmiyyətli yeri tutur, amma psixologizm yalnız o zaman peyda olur ki, qəhrəman öz sarsıntılarından əhatəli danışmaq, baxışlarını dünya ilə uzlaşdırmaq istəyir. Məsələn, Dostoyevskinin əsərlərində qəhrəmanlar bir-birilə tamamilə açıq, sanki günahlarını etiraf edirmiş kimi danışırlar. Xatırlamaq vacibdir ki, onlar təkcə şifahi yox, həm də yazılı şəkildə ünsiyyət qura bilirlər. Yazılı mövzu yüksək tədbirli olmağıyla fərqlənir, burada nadir hallarda sintaksis, qrammatika və məntiq xətalarına rast gəlmək olur. Eyni zamanda, əgər nədənsə bəhs olunursa, deməli, həmin şey mövzu üzrə əhəmiyyət kəsb edir. Məsələn, S.A.Yeseninin eyniadlı poemasının qəhrəmanı Anna Sneginanın Sergeyə olan məktubu zahirən sakit görünür, amma bununla yanaşı, heç bir motivasiya verməyən fikirlər bir-birini əvəzləyir. Anna faktiki olaraq ona sevgisini etiraf edir, axı yalnız ondan yazır. Öz hislərindən birbaşa danışmır, amma aydın şəkildə buna işarə vurur: “Amma siz mənə əvvəlki tək əzizsiniz, Vətən və bahar kimi”. Qəhrəman bu məktubun mənasını anlamır və “səbəbsiz” adlandırır, hərçənd, intuitiv olaraq başa düşür ki, ola bilsin, Anna onu lap çoxdan sevir. Oxunuşdan sonra məktubun məğzi dəyişir: əvvəlcə “Biz bütün bu illər ərzində sevirdik, amma özümüzü az sevdik”, sonra isə “Biz bütün bu illər ərzində sevirdik, deməli, elə özümüzü sevirdik” kimi.

Qəhrəman kiminləsə ünsiyyətdədirsə, adətən belə suallar yaranır:

– O, hansı dərəcədə səmimidir?

– O, hansısa məqsəd güdürmü?

– Zəruri təəssüratı yaratmaq və ya əksinə, hislərini gizlətmək istəyirmi? (Anna Snegina kimi)

Peçorin knyajinya Meriyə, özünün əvvəl yaxşı olduğunu, sonra cəmiyyət tərəfindən korlandığını və nəhayətdə onda iki şəxsiyyətin formalaşdığını deyəndə səmimi olur, hərçənd, ola bilsin ki, həm də bu sözlərin Meridə oyatdığı təəssüratları düşünür.

XIX əsrin əksər əsərlərində qəhrəmanların ayrıca fikirlərinə rast gəlinir, hərçənd, bu o demək deyil ki, yazıçı onun daxili dünyasını tamamilə dərindən açmaq istəyir. Məsələn, Bazarov Odinçov ilə söhbətində düşünür: “Sən laqqırtı vurursan… Darıxırsan və bikarçılıqdan məni sıxışdırırsan, mənsə…”. Qəhrəmanın fikirləri “ən maraqlı yeri”ndə qırılır, onun məhz nə hiss etdiyi əvvəl-axır naməlum qalır. Nə vaxt ki qəhrəmanın baş-ayaq çevrilmiş təbii, səmimi, spontan düşüncələri görünür, onda personajın mövzu üzrə münasibətini ortaya qoyan daxili monoloq meydana gəlir. Qəhrəman bəzi vacib qərarlar verəndə xüsusilə narahat olduğu, maraqlandığı şeylər barədə düşüncələrə dalır. Daxili monoloqlarda bu və ya digər personajın əsas mövzusu, problemi müəyyənləşir. Fikirlər personajın daxili məntiqinə tabe olur, bu səbəbdən, onun istənilən nəticəçıxarmaya necə yetişdiyini izləmək mümkündür.

Daxili monoloqu şüur axınından fərqləndirmək lazımdır – o zaman qəhrəmanın fikir və sarsıntıları xaotik olur, heç cür səliqə-sahmana gəlmir, məntiqi rabitə tamamilə mövcud olmur, buradakı bağlılıq assosiativ olaraq qalır. Bu termin ilk dəfə U.Ceyms tərəfindən işlənib. Bunun kifayət qədər parlaq nümunəsi kimi C.Coysun “Uiliss” və M.Prustun “İtmiş zamanın axtarışında” romanlarını göstərmək olar. Hesab olunur ki, Tolstoy bu fənni xüsusi hallarda, məsələn,  qəhrəman yarıyuxulu olarkən istifadə edirmiş. Həmçinin, Dostoyevskinin “Cinayət və cəza”sında da Roskolnikovun yuxularından roman boyu onun psixoloji vəziyyətinin necə dəyişdiyini anlamaq olur. Öncə yuxusuna xəbərdarlıq əlaməti olan at girir – Roskolnikov fövqəlbəşər deyil, o da təəssüf hissi keçirə bilir. Cinayətdən sonra isə, yuxusunda müstəntiqin onun kirayə qaldığı evin sahibəsini döydüyünü görür: qəhrəman qanuni cəzanı gözləyir (müstəntiq onun arxasınca gəlib), eyni zamanda şüuraltında törətdiyi cinayəti düşünür.

Qəhrəman lirikada öz hiss və həyəcanlarını birbaşa ifadə edir. Amma bildiyimiz kimi, lirika xeyli subyektivdir, qəhrəmanın öz sarsıntılarını nə qədər səmimi və əhatəli verməsinə baxmayaraq, biz yalnız bir baxış bucağı görürük. Lirikada adətən qəhrəmanın hisləri metaforaya bağlı olur.

Dramatik əsərdə personajın vəziyyəti ilk növbədə onun lirik təhkiyəni xatırladan monoloqlarında açılır. Hərçənd, XIX-XX əsrin dramalarında yazıçı personajın jest və mimikasına, onun intonasiyası üzərində fokuslanmağa diqqət yetirir. Müasir ədəbiyyatda da psixologizm elementləri klassik cəhdlərdən çox fərqlənmir, amma hər halda minimalizmə meyilliyini qeyd etmək yerinə düşər.

Yazının davamını “Ustad” jurnalının 13-cü sayında.

KÖŞƏ YAZARLARI
TOP 10