Ədəbiyyatda saxtakarlıq edənlər

434 Baxış

elxannajafov

Elxan Nəcəfov:

 

Nəyə lazımdır saxta reklam, nəyə lazımdır sünilik.  Zorla gözəllik olmaz axı!!! Nədənsə əksər sahələrdə bayağı təqdimatlar, şit özünütəqdimlər çoxalır. Bu “çoxluqlar” isə qulaq cingiltisindən, göz ağrısından başqa heç nə vermir. Sözümün canı budur ki, prinsip dəyişilməyib. KİM Kİ ƏN ÇOX NƏDƏN DANIŞIR, BAX O DANIŞDIĞINDAN ÖZÜNDƏ YA AZDIR, YA DA YOXDUR.

Keçim mətləbə… Saytlardan biri yazdı ki, bəs sorğu keçirilib, ən çox oxunan roman müəyyənləşib. Deməli, böyük bir kampaniya təşkil ediblər, düşüblər meydanlara və 50 “ədəbiyyatkeş”dən sorğu alıblar. Nəticə isə ŞOK!!! Müsabiqəni təşkil edənlərin kənardan hiss olunan emosiyalarına əsasən deyə bilərik ki, “ olduqca gözlənilməz” olub. Və müəyyənləşib ki ən yeni ədəbiyyatımızın şah əsəri Seymur Baycanın “Quqark” romanıdır. (Bu arada onu xatırladım ki, “Quqark”a pis əsər deyə bilmərəm. Oxumamışam) “Xalqın böyük əksəriyyəti – 11 nəfər “oxucu” bu romanı yüksək qiymətləndirib. Geriyə qayıdıb rəqəmə təkarar baxmayın. Səhv görmədiniz, cəmi-cümlətanı 11 nəfər çoxluğu təşkil edib və çağdaş ədəbiyyatımızın şah əsərini müəyyənləşdirib. Deməli, səsvermədəki müəlliflərlə səs verənlərin nisbəti 1:1,5-nə bərabərdir. Yəni bir müəllifə bir yarım “sorğuçu” düşüb. Bu qədər sadə və bu qədər gülməli. Bu vacib və gələcəyə hesablanmış qənaəti  əldə edən “sorğuçu” – “ədəbiyyatsevərlər” var olsun.

Bu sorğunu keçirənlərə demək istədiyim budur ki, nahaq zəhmət çəkmisiz, özünüzü bu qədər əziyyətə salmısız. Bu lazım deyildi axı. AXI XALQ DA BİLMƏSƏ ÖZÜNÜZ BİLİRSİZ Kİ, SİZ “BÖYÜK” İŞLƏRLƏ MƏŞĞULSUNUZ.

İndi məndən inciyənlər ola bilər. Amma siz allah inciməyin. Məqsədim sizi incitmək yox, fikrimi sizə çatdırmaqdır. Ağalar, əgər bu qədər hünər sahibisiz, gedin məktəblərə. Görün orta məktəbdə dərs deyən ədəbiyyat müəllimləri sizi tanıyırmı? Gedin kitabxanalara, görün kitabxanalarda sizi tanıyanlar varmı? İnsafınız olsun, dostlarınızdan, “duz-çörək” kəsdiyiniz adamlardan özünüz haqqında soruşub eyforiyalara qapılmayın.

Nədənsə daha geniş yazmaq istədiyim bu yazını tamamlamaq istəyirəm. Sizi tərifləyəcəyim aşağıdakı cümləni də oxuyun, vəssalam.

Sizin də bildiyiniz kimi, ədəbiyyat bu qədər  bəsit deyil!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Elxan Nəcəfov
KÖŞƏ YAZARLARI
TOP 10