“HƏDƏF” Nəşrlərində f.ü.f.d.,dos., yazıçı Şəmil Sadiqin “Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər” adlı kitabı işıq üzü görüb.
Kitabda Şəmil Sadiqin müxtəlif illərdə mətbuatda çap edilən elmi və elmi-publisistik məqalələri toplanıb.
“Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər” kitabı “Yaradıcılığın şəxsiyyətlə bütövləşməsi” , “Ədəbiyyatşünaslıq və ədəbi köşə” və “Günümüzdə ədəbiyyat və ya ədəbiyyatımızın günü” adlı üç fəsildən ibarətdir.
Qeyd edək ki, kitabın redatoru f.e.d., prof. Tahirə Məmməddir.