“Ədaləti kim doğacaq?!” – ŞEİR

47 Baxış

elchinefendiİlahi, olduğun yerdən,

Söylə Afrika görünür?!

Görürsən mi Somalidə,

Körpələr acından ölür?

 

İlahi, Qarabağ haqda,

Söylə hansı planın var?

Yoxsa ki qara qüvvələr,

Sənə də pul uzadırlar?!

 

İlahi, sən söyləmisən,

Hər bir insan bərabərdi?

Bəs niyə isə o zaman,

Varlıların bəxtəvərdi?

 

İlahi, heç bilirsən mi,

Qorxundan inananın var?

Şeytanlarla əlbir olan,

Say-hesabsız insanın var?

 

İlahi, əgər söyləsən,

Dünyada yoxdur cəhənnəm.

Yaratdıqlarının çoxu,

Deyər ki, “Allah mənəm, mən!”

 

İlahi, haqq dedim deyə,

Sənin də cəzan olacaq?

Haqqa cəza verənsənsə,

Bəs görəsən bu dünyaya,

Ədaləti kim doğacaq???!

 

Elçin Əfəndi

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10