Əfsanəvi qrupun royalı satışa çıxarıldı

42 Baxış

Abba_108_c_MOA.jpg

Məşhur İsveç qrupu “ABBA”-nın bir çox hitlərinin ifa edildiyi royal sentyabrın 29-u Londonda auksiona çıxarılacaq.

Senet.az xarici mətbuata istinadən xəbər verir ki, royalda qrupun “Waterloo”, “Dancing Queen” və “Money, Money, Money” kimi məşhur mahnıları ifa olunub. Alətin 928 min – 1,2 milyon dollara satılacağı gözlənilir.

“Sotheby” auksion evinin ekspertlərinin qiymətləndirməsinə görə, royala görə daha böyük məbləğ almaq olar. Çünki “ABBA” ilə əlaqəsi olan əşyalar nadir halda auksiona çıxarılır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10