Bir çox insanlar rəsm əsərlərini anlamaqda çətinlik çəkirlər. Sənət tarixinə bələd olmadıqları üçün hansı rəsmi, hansı rəssamın çəkdiyini də seçə bilmirlər. Mütəxəssislər sənətsevərlərin işini asanlaşdırmaq üçün çıxış yolu tapıblar. Bu üsulla artıq rəsmə baxdıqda rəssamın kimliyini dərhal anlayacaqsınız.
Əgər gördükləriniz sizi başqa bir dünyaya aparırsa,deməli, bu rəsm Salvador Daliyə aiddir.
Rəsmdəki insanlar aclıqdan əziyyət çəkirsə, üzlərində əzabı görürsünüzsə, bilin ki, məşhur rəssam El Qresonun əsərlərinin qarşısındasınız.
Əsərdə heç bir insan təsvir olunmayıbsa və təbiət kiçik fırca ləkələri ilə verilibsə bu əsər Monetə aiddir.
Əgər rəsmdə sadəcə olaraq bitişik qaşlı və xəfif bığlı bir qadın görürsünüzsə, deməli, bu əsərin müəllifi Fridadır.
İşıqlı bir məkanda, xoşbəxt insanlar görürsünüzsə bu rəsm Renoirə aiddir.
Hə, əgər rəsm işıqlı ancaq rəsmdəki insanlar xoşbəxt deyillərsə, deməli, Manetin əl işinə tamaşa edirsiniz.
Rəsmdə mavi rəngdə bulud hiss edirsinizsə, bu ölümsüz rəssam Leonardo Da Vincinin əsəridir.
Birinci baxdığınızda təəcüblənir və rəngli həndəsi fiqurlardan başqa heç nə görmürsünüzsə, deməli, Mondrian sizi salamlayır.
Əsərdəki insanların bədən ölçüləri sizə qəribə gəlirsə, onda Pikassonun rəsmlərindən zövq almağa davam edin.
Rəsmdə hər kəs, hətta qadınlar belə Putinə oxşayırsa, deməli, bu əsəri Van Eyk çəkib.