Əhməd Haldun Tərzioğlu : “Mən tarixi romanlaşdırıram”

193 Baxış

ahmet haldunƏhməd Haldun Tərzioğlu 1960-cı ildə Trabzonun Beşikdüzü vilayətinin Takazlı kəndində anadan olub. universiteti bitirdikdən sonra dövlət məmuru olaraq Türkiyənin bir çox yerlərində çalışıb və 2006-ci ildə öz istəyi ilə təqaüdə çıxaraq özünü tamamilə  yazarlığa yönəltdi.  Yazarın “Göy Tanrının övladları”, “Oğuz xan”,   “Hüzün”, “Bizi tufan vurdu”, “Alp Ər Tunqa”, “Güllərin soldu

ğu gün”, “Çiçi xan”, “Komando”, “Türk Kimmerlər/Kimmeriya”, “Nazir bəyi vurdular”, “Teoman xan/Böyük Hun dövlətinin qurucusu”, “Mete xan/Böyük Hun xaqanı”, “Kiok xan/Mete xanın oğlu”, “Hərəm ağası”, “Rəisim Çatlı/Bozqurdların qanunu”, “Çingiz xan/Göy Moğolların başbuğu”, “Tomris xan/Saxaların qadın xaqanı”, “Kür Şad”, “Almatun piri/Həsən Sabbah”, “Alp Urunqu”, “Ağsaçlılar məclisi/Dövlətin qoruyucuları”, “Səlcuq bəy/Bir dövlətə ad verən ata”, “Toğrul və Çağrı bəy/Dövlət yolunda”, “Alparslan/Zəfərlər əsri”, “Darağacında bir bozqurd”, “Provokator”,  “Göytürklər”, “Moğol”, “        Sevda üzərinə məmləkət hekayələri” və tarixi araşdırma kitabı olan “Hunlarda çılğındı/Hun Türklərinin çılğın tarixi” adlı əsərləri yayımlanıb.

Tanınmış filimlərin senarisini yazmış, Türk tarixinə maraq göstərən yazarın kitabları 2004-cü ildən etibarən çap olunmağa başlamışdır. 2007-ci ildə Mustafa Necati Səbətçioğlu tarixi roman yarışmasında  “Alp Ər Tunga” adlı tarixi romanı ilə  qalib olan yazarın eyni zamanda teatr, hekayə sahəsində də bir çox uğurlar əldə etmişdir.  Hal hazırda Mərsin şəhərində yaşayıb yaradır.

    - Əhməd bəy üçün Azərbaycan nə deməkdir?

- Bir çox romanımda Azərbaycanı anmışam. Azərbaycanı özüm bilirəm, özümü də Azərbaycan. Bir ruh bütövlüyüdür. Bir sevgi bağıdır. Bir ehtiras ekizidir mənim üçün. Azərbaycan bayrağını gördüm ya da ay ulduzlu al bayrağımı, fərqi yoxdur mənim üçün. Aramızdakı sərhədlər əsla könlümüzdə yoxdur. Kim qoyubsa o sərhədləri, düşmənimdir.

Azərbaycan xoşbəxtdirsə mən də xoşbəxtəm. Azərbaycanda hüzün varsa mənim də ürəyim yanar. Qarabağ üçün yas saxlayırıq. Şəhid olan hər bir əsgər bizim şəhidimizidr. Qarabağ geri alındığında, elə bir bayram edəcik ki, dünya görəcək.

Heç bir ayrıseçkilik yoxdur. Ürəyimiz bir döyünür. Azərbaycam Turana gedən yolun əsas qovşağıdır, açardır. Azərbaycan yurdumdur.

- Azərbaycan ədəbiyyatından kimlərləsə tanışlığınız varmı və ya əsərlərinizi yazanda hansısa qaynaqlarından istifadə etmisinizmi? 


Xüsusilə şeir sahəsində izləyirəm Azərbaycan ədəbiyyatını. Daima oxuyuram. Bəxtiyar Vahabzadə, Balaş Azəroğlu, Şəhriyar və bir çox aşıqların  qiymətli şeirlərini oxumuşam. Hekayələrini oxuduğum Cəlil Məmmədquluzadə, teatr əsərlərini araşdırdığım və şeirlərini oxuduğum Hüseyn Cavid ağlıma ilk gələnlərdir.
Xüsusilə Azərbaycan şeirlərinə böyük rəğbət bəsləyir və bu şeirlərdə ayrı bir ruh tapıram. Məni çox təsirləndirir. Kaş ki, mən də şeir yaza bilsəydim, amma şairlik tamam başqa bir işdir və mən özümü xoşbəxt hesab edirəm ki, Azərbaycan ədəbiyyatı şeir cəhətdən çox zəngindir.

-  Əsasən tarixi romanlar yazırsız. Bu əsərləri yazanda sizin üçün tarixmi əsasdır, yoxsa ədəbiyyatmı? Və ya ədəbiyyat tarixi nə qədər doğru anlada bilər?

-  Tarix əsasdır mənim üçün. Çünki, xüsusilə də gənclərin tarixi romanlardan öyrəndiyini bilirəm. Bu səbədən tarixi romanlarda fantastika səhvi olmamalıdır deyə düşünürəm. Özümü tanıtdırsam deyərəm ki, “mən tarixi romanlaşdırıram”.  Əsərlərimdə həddindən çox fantastika işlətmirəm və tarixi  gerçəkliklərə bağlı qalıram. Yəni heç vaxt tarixi bir həqiqəti dəyşdirmək kimi bir fikrim yoxdur. Onlara yuxarıdan baxmağı, olduğu kimi əks etdirməyi sevirəm. Ancaq əlbəttə Türkçü-Turançı dünyagörüşümə görə tariximizə yad biri kimi yanaşmağım mümkün deyildir. Ordakı Türk təsirini ən yüksək səviyyədə əks etdirməliyəm. Tarixi biz yazdıq, o tarix doğru tarixdir və doğru olaraq əks etdirilməlidir.

Onsuz da fəxr edə biləcəyimiz bir tariximiz olduğu üçün, qəhrəmanlarımız boldur. Bu qəhrəmanları bütün gənclər bilməli, öyrənməlidir. Bizə bəlli olan qəhrəmanlardan başqa, bilinməyən qəhrəmanlarımızdan danışmaq görəvini öz üzərimə götürdüm mən. Yaxşı da oldu. Gənclər öyrəndikcə maraq da artır. Bu da məni çox sevindirir.
Bu səbəbdən ədəbiyyat bir vasitədir. Mən ədəbiyatçı deyiləm. Yazaram. Ədəbiyyatçılara böyük hörmətim var və onların sərhədlərinə toxunmuram. Düşüncələrim istiqamətində Türk tarixini yazıram.

Əgər düşüncəniz millidirsə, türksünüzsə və Türk tarixini bilirsinizsə, ədəbiyyat, bu tarixi anlatmağınıza kömək olacaqdır.

-  Sizi dövlət məmurluğundan yazar olmağa çəkən səbəb nə idi?

 Dövlət məmurluğu bir məcburiyyət idi mənim üçün. Ödənişli oxumuş və məcburi xidmətə göndərilmişdim. Müəllim övladı olduğum üçün elə də başqa şansım yox idi. Amma bütün həyatım boyunca yazmağa laqeyid yanaşmadım. Bəlkə də yazdıqlarımın nəşr olunması gec oldu, yəni çox gec yaşlarımda kitablarıma qovuşdum, amma davamlı olaraq yazdım.

Bilirsiniz yazmaq üçün səbəb yoxdur amma çap olunmaq üçün bir səbəb var. Yəni hər zaman yazırdım, məmur olduğum vaxt da  çap olunması üçün uzun müddət gözləməli oldum.

Yazmaq bir ehtirasdır. Bunun üçün bir səbəb tələb olunmur. Birdən birə yazmağa başlayarsınız. Sonrası xalqın biləcəyi işdir. Sizi oxuyar ya da oxumaz. Çox şükür oxucularım çoxaldıqca yazmaq sürətim də artdı.

- Əhməd bəy, “Ağsaçlılar Məclisi” kitabınızda haqqında danışdığınız Türkün törəsini, dövlətini qorumaq üçün əsrlər əvvəlindən gələn türk börü savaşcıları birliyi, Ərlər, Onbaşılar, Qırxlar hələ da müasir dövrümüzdə real olaraq vardırmı?

- Əgər buna asan bir şəkildə “Bəli” cavabı verə bilsəydik, onsuz da bu quruluş gizli qalmazdı və çoxdan yıxılardı. Mən qurduğum bu quruluşun ən azından varlığının olduğunu hiss edəcək hadisələr olduğunu görürəm. Yoxsa ən çətin zamanlarda bir güc ortaya çıxıb yenidən başlamağı təmin edə bilməzdi. Mütləq təsirli bir quruluş vardır.  Amma dediyim kimi mən fantastika yaratdım hiss etdiklərimdən. Dəqiq olaraq var desəm bu işin bir mənası qalmaz.

- Azərbaycanda “OdƏrlər” adlı bir əsər var.  O əsərdə də türkün törəsini, dövlətini qorumaq üçün vəzifələndirilmiş Ərlərdən, Ulu Şaman məclislərindən danışılır. Həm Türkiyədə, həm də Azərbaycanda eyni məclislərdən, eyni Ərlərdən, vəzifələrdən bəhs edilməsi sizcə təsadüfdürmü? Bu nəyin göstəricisidir?

- Demək ki, mənim kimi hiss edən bir şeylərin fərqinə varan kimsələr varmış. Nə mutlu!! Bu düşüncə səviyyəsində qalsa belə bizə güc verməli. Yoxluq, kimsəsizlik, dəstəksiz olmamaq düşüncəsi insanlara həyatda qalma və ucalmaq gücü verir. Deyək ki, yoxdurlar, ancaq biz bir şeylər hiss edirik. Bu hiss belə gözəldir. Keçmişdən gələn bir duyğu, insanı güclü edər və gələcəyə hazırlayar deyə düşünürəm.

-  Əhməd bəy, “Türk Kimmerlər/Kimmeriya” kitabınız diqqətimizi çəkdi. Azərbaycan tarixində bizə məlum olduğu qədəri ilə Kimmerlərin Kırım yarımadasında e.ə. VII yüzyillikdə Azərbaycana köçmələri və müasir dövrümüzdə də Kimmerlərlə bağlı olaraq Kəmərli, Qımırlı, Kəmər kimi yer adlarımız vardır. Krımın indi ki adının da Kimmer türklərindən gəldiyini kitabınızdan öyrəndik. Türkiyə də Kimmer adı ilə bağlı şəhər, qəsəbə, kənd, yer adları qalıbdırmı və Anadolu, Azərbaycan türkləri Kimmerlərin varisləridir desək nə dərəcə də doğru olardı?

 - Kimmerlərlə bağlı kitabıma, təəssüf ki, gözlədiyim diqqəti görə bilmədim. Bunun səbəbi də Türk millətinin mövzu haqqında məlumatsız olması və tarixçilərin əhəmiyyət verməməsidir. Maraqlı məqam burasındadır ki, Kimmer türklərini mənimsəmək istəyən bir çox millətlər var.  Bugün Hollivud bu məsələ haqqında işlədi. Özlərinin Kimmer əsilli olduğunu idda etməkdən zövq alırlar. Amma bizlər, Kimmerlərin əsl nəvələri, babalarımıza sahib çıxa bilmirik təəssüflər olsun ki.  Halbuki Anadoluda Kimmerlərə aid çoxlu sayda izlər, əşyalar var. Onlarla yanaşı Amazonlarla bağlı da…. Adlar, qazıntılar. Məzarlar və s. Kimmerlərin keçdiyi bütün yerlərdə bu izlər inkar ediləbilinməyəcək şəkildə durur, görmək istəyənlər üçün. Kimmerlərlə bağlı layihəm dörd kitabdan ibarət idi. Birincisinə gözlədiyim maraq gəlmədiyi üçün sonrakı üç kitabı çap etdirə bilmədim.

Əməkdaşlıq etdiyim nəşriyyatla bu məsələni danışdım. Mütləq çap etdirəcəyik. İkinci kitabım “Türk Kimmerlər/ Türk atanın övladları” üçüncüsü “Türk Kimmerlər/ Köç”, dördüncüsü “Türk Kimmerlər/ Salam Anadolu” adını daşıyırdı.
Kimmerlərin sonu haqqında tarixçilər və qaynaqlar susurlar. Bir anda şərqə doğru yön aldıqları və sonra da tarix səhnəsindən çəkildikləri bildirilir. Bəlkə də Azərbaycanda yerləşmiş, orada qalıblar. Əslində bütün Türklər və Azərbaycan türkləri Kimmerlərin varisləridir. Eynilə Saxa türklərinin varisləri olduğu kimi.

- Gələcəkdə Türkün qanayan yaraları, günümüzün problemləri olan Qarabağ, Kərkük, Güney Azərbaycan, Uyğurstan haqqında kitab yazmağı düşünürsüzmü?

- Qarabağla bağlı bir araşdırmam var. Onun üzərində çalışmağa başlamaq istəyəndə içim sızlayır. Amma orada baş verənləri, acıları tam əks etdrimədiyimi düşündüyüm üçün hələ çap etdirilmə mərhələsinə gəlmədiyini düşünürəm. Tamamlandığına inandığımda, dərhal nəşr elətdirəcəm. Kaş ki, mən kitabımı nəşr elətdirmədən Qarabağ yenə bizim olsa. Bu halda daha mənalı olardı kitabım da. Unudulmaz itgilər, unudıumaz acılar, itirilmiş yurdlar təbii ki ürəyimizin odudur. Orada yaşayanlar da öz qandaşlarımız. Heç bir zaman ağlımızdan ürəyimizdən çıxamayan sevgidir bunlar bizim üçün. Tanrı izn versə hamısını yazacaq ve yayımlayacağam. Mənə biraz daha zaman verin, Tanrı da ömür versin. Bütün ocaqları yenidən yandıraq.

ah7 - Eşitdiyimiz qədərilə son araşdırmalarınız Babək haqqındadır. Bu gün Babək haqqında Azərbaycanda tez-tez danışılır. Bununla bağlı fikrilərinizi bilmək istəyirik.- Babək mənim üçün çox önəmlidir. Onunla bağlı oxuduqlarım məni çox təsirləndirdi. Ruhum Od aldı desəm yerinə düşər. Mənə görə Babək tayı-bərabəri olmayan bir qəhrəmandır. Onun haqqında başqa şeylər söyləmək, yükləməyə cəhd etmək çox yanlış bir işdir. Bu böyük türk qəhrəmanı Türkiyədə türk gənclərinə tanıdırmaq üçün böyük bir araşdırma aparıram. Başa çatdığında inşallah çox gözəl olacaq. Yurdu üçün döyüşən, ölümdən qorxmayan və ölüm ayağında belə dik dayanmasını bilən bir qəhrəmanı bütün Turan elləri öyrənməldir. Babək Azərbaycanda danışıldığı qədər, Türkiyədə də danışılmalıdır.

Əgər qərbdə Babək kimi bir qəhrəman olsaydı çoxdan onun haqqında  filimlər çəkilmişdi.

- Kitaplarınızın satışı sizi qane edirmi?

- Mənim işim yazmaqdır. Əsərlərimi çap etdirməkdir. İlk vaxtlarda çox da oxunmurdu, çünki tanınmırdım. Amma artıq tanınmağa başladım. Xüsusilə də gənclərin marağı çox böyükdür və getdikcə artır. Bu da məni çox sevindirir. Kitablarımın bəziləri çoxlu sayda çap olundu. Yeni nəşriyyatla mağazalarda da satışlar başladı. Yəni hal-hazırda proseslərdən  çok məmnunam. Ümid edirəm ki daha da yaxşı olacaq.

- Əsərlərinizin “Hədəf” Nəşrləri tərəfindən Azərbaycan türkcəsinə uyğunlaşdırılacağı ilə bağlı xəbərlər var. Siz ilk olaraq hansı kitabınızın uyğunlaşdırılmasını istəyirsiniz?

 - Var olun, Əli Devrim xocamız bu işə vasitəçilik etdi. Bizlər tanış olduq. Şamil bəy də dəstək oldu. Bu məsələ məni çox sevindirdi. Çox sevindim. Kaş ki bütün kitablarım Azərbaycanda çap olunsun. Hanasının çap olunmasının əhəmiyyəti yoxdur. Yetər ki, Azərbaycandakı soydaşlarımın evlərinin, kitabxanalarında yerim olsun. Gənclərin ürəyində yer tapım.

- Azərbaycan xalqına, oxucusuna demək istədiyiniz bir şeyler vardır mütləq…

Bilirsinizmi, məni hər bir Azərbaycan mahnısı ağladır. Qərib bir həsrət duyuram o mahnılarda. Ayrılıq deyirəm üzülürəm. Aradakı başqalarının çəkdiyi sərhədləri heç vaxt qəbul etmirəm. Türkiyə, Azərbaycan, Güney Azərbaycan həmişə birdir. Bir ürəkdir, amma təəsüf ki, bir bilək ola bilmədik. Bir bilək olduğumuz gün kim dayana bilər qarşımızda!?.
İşin maraqlı tərəfi xalqın düşüncəsi hər zaman eynidir, ancaq idarə edənlər, bəlkə başqa cür düşünür. Bəlkə onlar da eyni düşünür, ancaq əlimizdən bir şey gəlmir. Bir gün əlbətdə ki bütün bu problemlər həll olunacaq, Turan qurulacaqdır.
O günü biz görməsək də övladlarımız mütləq görəcəkdir.
Azərbaycandakı oxucularıma ilk olaraq “Mərhaba”deyirəm, sonra da “Siz mənim canımsınız” deyə səslənirəm. Gözəl günlər sizin olsun. Əsənliklər olsun.

 

Söhbətləşdi: Odər SƏRDAR

USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10