“Əhməd Hamdi Tanpınar – məmləkətdən dünyaya” adlı antologiyanın təqdimatı keçirilib

6 Baxış

1496929780350097872_1000x669

İyunun 8-də Bakıda Yunus Əmrə İnstitutunda “Tanpınarı kəşf edirəm” adlı müsabiqəsində qalib gəlmiş 5 yazarın esselərinin çap olunduğu “Əhməd Hamdi Tanpınar – məmləkətdən dünyaya” adlı antologiyanın təqdimatı keçirilib.

Senet.az xəbər verir ki, institutun direktoru İbrahim Yıldırım müsabiqənin çox uğurla keçdiyini bildirib. Öz həmkarlarına və iştirakçılara uğurlar diləyib.

Layihənin əlaqələndiricisi, yazıçı-publisist Şəhla Aslan, qaliblərdən filologiya elmləri doktoru, professor Yeganə Nəhmətulla, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və başqaları iki qardaş xalq arasında mədəni əlaqələrin genişlənməsində belə layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Vurğulanıb ki, yarışma qaliblərinin 5 gün Türkiyənin 5 şəhərinə səfəri hər iki ölkənin mətbuatında geniş işıqlandırılıb.

Diqqətə çatdırılıb ki, səfər təəssüratlarını bölüşən ədiblərin hər iki qardaş ölkənin mətbuatında dərc olunan yazıları da böyük marağa səbəb olub.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanla Türkiyə arasında hər sahədə mövcud tərəfdaşlıq əlaqələri birlik və bərabərliyin göstəricisidir. Ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsində ədəbiyyatın böyük rolu var. “Biz digər sahələrdə olduğu kimi, ədəbiyyat, ümumiyyətlə, mədəniyyət sahəsində də həmrəyik. Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənindir”, – deyə səfir vurğulayıb.

Sonda qaliblərə və tədbir iştirakçılarına kitablar təqdim olunub.

KÖŞƏ YAZARLARI
TOP 10