Əjdər Ol oxucularla görüşdü – FOTOLAR

23 Baxış

fg7605195

Dekabrın 9-da “Kitabevim.az” mağazasında yazıçı Əjdər Olun oxucularla görüşü keçirilib. 

“Hədəf” Nəşrlərindən Parafraz-a verilən məlumata görə, görüş “ATV kitab” və “Hədəf” Nəşrlərinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə “Hədəf” şirkətinin direktoru, yazıçı Şəmil Sadiq, “ATV kitab” layihəsinin rəhbəri, şair-tərcüməçi Səlim Babullaoğlu, ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli, şair Musa Yaqub və başqaları çıxış edib, Əjdər Olun yaradıcılığı barədə öz fikirlərini bölüşüblər.

Portret-hekayələr ustası Əjdər Ol öz yaradıcılığı, eləcə də, ümumi ədəbi müddəlar haqqında danışıb, oxucuların suallarını cavablandırıb.

Sonda “ATV kitab” və “Hədəf” Nəşrlərinin birgə layihəsi olan “Çağdaş nəsrin ustaları” seriyasında çap olunmuş “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” kitabının imza mərasimi keçirilib.

KÖŞƏ YAZARLARI
TOP 10