Əjdər Olun yeni kitabı işıq üzü görüb

47 Baxış

ejder ol

Şair, yazıçı Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” adlı növbəti kitabı işıq üzü görüb. Bu barədə Senet.az-a açıqlamasında müəllifin özü məlumat verib. 2000 tirajla çap olunan kitabda müəllif zaman-zaman ağızdan-ağıza gəzən, görüşlərdə, məclislərdə, orda-burda qulağı çalan canlı lətifələri, olmuş əhvalatları, deyimləri əlinə düşən kağızlarda qeyd edib.

Görkəmli şəxsiyyətlərlə yanaşı sadə insanların da qəhrəmana çevrildiyi kitab şux lətifələr, şən zarafatlar, maraqlı əhvalatlar, yerində verilmiş sərrast cavablar toplusudur.

Müəllif kitaba yazdığı “Ön söz”də qeyd edir ki, əvvəl-əvvəl yalnız yazıçılarla bağlı əhvalatları qeydə alsa da, sonralar əhatə dairəsini genişləndirərək, sənət adamlarına, siyasətçilərə, dövlət mənsublarına da yer verib. Diqqətini bu məsələyə daha çox yönəltdikcə qərara gəlib ki, sadə insanlara da yer ayırmaq lazımdır.

Kitab ümumilikdə dörd bölmədən – “Siyasətçilər və dövlət adamları”, “Yazıçılar və alimlər”, “Sənətçilər” və “Tanış-bilişlə” ibarətdir.

 

 

 

 

kitab

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10