Əkbər Qoşalı: “Şair ürəyinə təslim olandır… “

117 Baxış

10891978_10205022877387685_7582241465932126925_nSenet.az dərgisi tanınmış şair Əkbər Qoşalı ilə söhbəti təqdim edir.

-Hüseyn Arifin bir sözü var: “Azərbaycan “qadan alım”dan başlayır” ƏkbəQoşalınıbu fikrə yanaşması necədir?

-Rəhmətliyin bu sözü, Qəbələli dostlarımız demiş, çöçün (qəribə) sözdür. – Mən “Mənası-mahiyyəti özündən böyük Azərbaycan” deyimini xoşlayıram, qəbul edirəm. – Azərbaycan “A”dan – dünyanın svilizasiyanın başladığı gündən, yerdən başlayır!..

-Çox gözəl qeyd etdiniz. Əkbər Qoşalı bir şair kimi türkcəmizə yeni bir söz gətiribmi?

-Gətirmiş ollam, əlbəttə… ancaq bu barədə məndənsə o sözləri işlədənlər, oxucular danışsa daha yaxşı olar. Yalnız onu xatırladım ki, “Altun bitik”i mən yazmışam – 2006-cı ildə…

-Şair, rəhmətlik Səməd Vurğun ədəbi dilimizə sonor “n”, “nq” səsinin gətirilməsi barədə təklif vermişdi amma, qəbul edilməmişdi. Sizcə bunun qəbul olunması nə dərəcə də doğru olardı?

-A sağolmuş, o qədər təxirəsalınmaz üzüntülərimiz var “sağır n”mı yada düşür indi? Hələlik “cingiltili n” ilə də keçinirik. Bununla belə, nə gizlədim, şəxsən mənə qalsa, “sağır n”nın mümkün olanda yenidən öz haqq etdiyi yerə qaytarılmasını istərdim.

-O təxirə salınmaz üzüntülərimizdən bir neçəsini senet.az-a deyin gəlsin.

-Dövlət dilinin tətbiqi ilə bağlı küçədə, meydanda, TV-də, radioda, böyük alış-veriş mərkəzlərində və başqa yerlərdə rastlaşdığımız hallar dil üzüntüsü deyilmi? Ən əsası bu dil, bu dillə, ürəklə danışanlar hələlik Qarabağsızdır axı!..

-Hələ İrəvansız, Göyçəsizlər demirsiz.. Şair, şeir Allahın taxtıdır deyib peyğəmbərimiz. Bəs o zaman şair nədir?

- Peyəmbərimizin “şeir Allahın taxtıdır” deyə bir sözü olduğunu bilmirəm – “Səhih Buxari”yə baxaram – görüm elə hədis varmı? Məncə “Quran”da elə cümlə olamamlıdır. Əgər yoxsa, bu sualına nə cavab verim?

-Vətənə, Millətə, Sevgiyə yazılmış şeirlər eşqinə bunu belə qəbul edin və bu məqamda şair nədir sualıma cavab verin.

-”Şair nədir?” deyil, “Şair kimdir?” sualını səsləndirəlim o zaman. Şair Ürəyinə təslim olandır… Qələmi Qəlbindən su… yox, ey, qan içəndir..

 -Ürəyinizə sağlıq, şair. Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. Sənətlə qalın, var olun..

-Sənətə eşq olsun! Eşqli olmaq (da) sənətdir!

Söhbətləşdi: Odər Sərdar

KÖŞƏ YAZARLARI
TOP 10