“Əli və Nino” filminin çəkilişləri başladı – FOTOLAR

85 Baxış

20150301040012-78229-7 (1)“Əli və Nino” filminin Bakıdakı səhnələrinin çəkilişləri başlayıb.

Senet.az dərgisi ATV.az-a istinadən xəbər verir ki, bu məqsədlə paytaxtın “İstiqlaliyyət” küçəsi tamamilə bağlanıb. Filmdəki səhnələrə uyğun olaraq, qədim Bakının abu-havasını yaratamaq üçün küçəyə qum səpilib.

Çəkiliş meydançasına çoxlu sayda at arabaları, o dövrün avtomobilləri gətirilib.

Qeyd edək ki, müəllifi Qurban Səid olan “Əli və Nino” romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “Bafta” mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar Ninonun valideynlərini canlandıracaqlar.
KÖŞƏ YAZARLARI
TOP 10