“Əli və Nino” tamaşası Gürcüstanda nümayiş olunacaq

7 Baxış

 minrl

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda noyabrın 9-da “Əli və Nino” tamaşası nümayiş etdiriləcək.

Senet.az məlumat verir ki, Marneuli Mədəniyyət Mərkəzində göstəriləcək tamaşaya giriş sərbəst olacaq.

Gürcüstan və Azərbaycanın ilk respublikalarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş səhnə əsəri İvane Maçabeli adına Tsxinval Dövlət Dram Teatrı tərəfindən hazırlanıb. Tamaşanın rejissoru Qoça Kapanadzedir.

Tamaşanın nümayişi Marneuli sakinlərinə Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin dəstəklədiyi və etnik azlıqların inteqrasiyasına dəstəyə yönəlmiş “Rəngarəng Gürcüstan” layihəsi çərçivəsində təşkil olunacaq.

Qeyd edək ki, Gürcüstanda ilk dəfə səhnələşdirilmiş “Əli və Nino” tamaşasının premyerası bu ilin may ayının 1-də Tbilisidə Şota Rustaveli adına Teatrda keçirilib. Səhnə əsərində Azərbaycan müsiqilərindən də istifadə olunub.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10