Əlyazmalar İnstitutunda Xocalı soyqırımı anıldı – FOTOLAR

33 Baxış

DSC_139525 fevral 2015-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilmişdir.Mərasimi giriş sözü ilə açan İnstitutun direktoru, akademik Teymur Kərimli faciə qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Bildirdi ki, bu faciə tarixin qanlı bir səhifəsidir.

Faciənin sonrakı 23 il ərzində Azərbaycan hakimiyyəti, ictimaiyyət bu faciəni – Azərbaycan gerçəkliklərini bütün dünyaya çatdırmaq sahəsində irimiqyaslı işlər görmüşdür. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında xüsusilə, Ümummilli Lider Heydər Əliyevin xidmətləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti əvəzsizdir. İnstitutun elmi işlər üzrə direktor müvini, fil.ü.e.d.Aybəniz Əliyeva-Kəngərli Xocalı faciəsini Azərbaycan xalqının başına gətirilən coxsaylı fəlakətlərdən biri olduğunu söylədi və dedi ki, indiki nəslin müqəddəs borcu şəhidlərimizi unutmamaq, gerçəkliklərimizi bütün dünyaya çatdırmaqdan ibarətdir. Daha sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müvini, fil.ü.e.d. Paşa Kərimov tarixən ermənilərin Azərbaycan xalqına qarşı cinayətlərinin insanlara çatdırılmasında Əlyazmalar İnstitutu alimlərinin gördüyü işlərdən danışaraq bildirdi ki, bu il ermənilərin öz qondarma soyqırımlarının 100 illiyini keçirmək ərəfəsində Xocalı faciəsini dünyaya çatdırmaqda bu işlərin əhəmiyyəti böyükdür. İnstitutun elmi katibi fil.ü.f.d. Əzizağa Nəcəfov çıxışında Xocalıda Vətəni qoruyan qəhrəmanların xatirəsini bir-bir yad edilməsi zərurətindən söz açdı, institutda təşkil  olunmuş “Xocalı həqiqətləri” adlı sərginin bu tanıtım sahəsində görülən böyük işlərin cüzi bir hissəsi olduğunu qeyd etdi. Əlyazmalar İnstitutunun əməkdaşlarından AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Möhsün Nağısoylu və elmi işçi Şöhrət Səlimbəyli öz çıxışlarında faciə qurbanlarının, şəhidlərin xatirəsini yaşatmaq üçün həqiqətləri daima dünyaya çatdırmaqla, elm adamı kimi müqəddəs borcları olduğunu söylədilər.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş sərgi və film nümayiş etdirildi.

Senet.az

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10