Əməkdar artist Timur Əsgərov şahzadə Dezire obrazını canlandıracaq

8 Baxış

canla

Fevralın 8-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Pyotr Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək.

Senet.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində şahzadə Dezire obrazını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

Tamaşanın Mariya Teatrında premyerası 1890-cı ildə Marius Petipanın xoreoqrafiyasında olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Bölmə : Sənət xəbər