Ən çox bilet satılan tamaşa: “Qürur və qərəz”

45 Baxış

qururOktyabrın 30-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində rejissor İrqar Safatın Ceyn Ostinin romanı əsasında səhnələşdirdiyi “Qürur və qərəz” tamaşası növbəti dəfə oynanılacaq.

Senet.az xəbər verir ki, sözügedən tamaşa, teatrın ən çox bilet satılan tamaşasıdır.

Tamaşanın rəhbəri Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskidir. Tamaşada Azərbaycanın əməkdar artistləri Omir Nağıyev, Natalya Balıyeva, həmçinin teatrın artistləri İnna İmranova, Olqa Arsenteva, Mariya Duboviskaya və başqaları iştirak edirlər.

Qeyd edək ki, bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

Bu əsər əsasında dünya kinematoqrafları onlarla film çəkiblər. Bu əsər həm də dünya teatrlarının əksərinin repertuarına daxildir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10