Mədəniyyət və Turizm Nazirliyi “Ən yaxşı sayt” və “Sosial şəbəkələrdə ən yaxşı səhifə” nominasiyaları üzrə müsabiqə elan edir
Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ilin birinci yarısı üçün iş planına əsasən Nazirliyin strukturunda olan müəssisələrin rəsmi internet resurslarının təhlilinin aparılmasına, bu sahəyə diqqətin daha da artırılmasına, regionlarda elektron vəsaitlərdən istifadəyə marağın yüksəldilməsinə əlavə stimul verməsi məqsədilə tabe müəssisələr arasında “Ən yaxşı sayt” və “Sosial şəbəkələrdə ən yaxşı səhifə” nominasiyaları üzrə müsabiqə keçiriləcək.
Qaydalar:
Müsabiqə iştirakçılarından aşağıdakı cədvəldə göstərilən sualların önünə müvafiq məlumatları qeyd etmələri və m.karimov@mct.gov.az email-inə göndərmələri xahiş olunur. Formanı buradan yükləyə bilərsiniz.
Sual | Məlumat |
İştirakçı qurumun adı | |
İştirakçı şəxsin soyadı, adı, atasının adı | |
İştirakçı şəxsin əlaqə nömrələri və e-mail | |
Vebsaytın adı və ünvanı (URL) | |
Sosial şəbəkənin adı və ünvanı (URL) |
Müsabiqə iki mərhələdən ibarətdir:
Birinci mərhələdə bütün göndərilən məlumatlar toplanacaq və iştirakçılar arasından namizədlər təyin olunacaq.
İkinci mərhələdə münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunaraq mükafat və diplom ilə təltif ediləcəkdir.
Saytlar üç istiqamət üzrə yoxlanılacaq: saytın tərtibatı (dizaynı), məzmunun (materialların, informasiyanın) doldurulması və saytın texniki cəhətləri.
Sosial şəbəkələr məzmunun (materialların, informasiyanın) doldurulması istiqamətində təhlil olunacaq.
Pul mükafatları (saytlar üzrə):
I yer – 1000 manat
II yer – 800 manat
III yer – 500 manat
1 həvəsləndirici yer – 300 manat
Pul mükafatları (sosial şəbəkələr üzrə):
I yer – 1000 manat
II yer – 800 manat
III yer – 500 manat
1 həvəsləndirici yer – 300 manat
Ərizələrin təqdim edilməsi üçün son tarix – 31 oktyabr 2016-cı il.
Əlaqə:
Mədəniyyət və Turizm Nazirliyi
Telefon: +994 12 498 23 51
Faks/tel: +994 12 498 20 62
E-mail: m.karimov@mct.gov.az
Veb: www.mct.gov.az
İş saatı: Hər iş günü, saat 09:00-18:00
Məsul şəxs: Məftun Kərimov, müsabiqə eksperti