Ərtoğrol Cavid Azərbaycanın mədəniyyət tarixində silinməz izlər qoyub

5 Baxış

15081506734580322580_1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin Ev Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrol Cavidin vəfatının 74-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Hüseyn Cavidin Ev Muzeyindən Senet.az-a bildiriblər ki, bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bəstəkar Ərtoğrol Cavidin həyat və yaradıcılığından danışıb, onun istedadlı musiqişünas və folklor tədqiqatçısı olduğunu söyləyib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Ərtoğrol Cavidin çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın mədəniyyət tarixində silinməz izlər qoyduğunu vurğulayıb. Qeyd edilib ki, XX əsrin əvvəllərində zəngin folklor nümunələrinin toplanılmasında, sistemləşdirilməsində və tədqiqində Ərtoğrol Cavidin əvəzsiz xidmətləri olub.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Ərtoğrol Cavid yaradıcılığının əhəmiyyətindən bəhs edib.

Bildirilib ki, muzeyin fondunda Ərtoğrol Cavidin şəxsi arxivi var. Burada onun əlyazmaları, qrammofon valı, rəsm və musiqi əsərləri olan disk, video-kaset, özünün şəxsi kitabxanasına məxsus kitablar və s. saxlanılır. Muzeydə, həmçinin Ərtoğrol Cavidin not yazılarının, uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkilləri nümayiş olunur.

KÖŞƏ YAZARLARI
TOP 10