Ərtoğrol Cavidin doğum gününə hədiyyə

48 Baxış

cavid“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin son 3 cildinin təqdimatı keçirilib.

Senet.az xəbər verir ki, bu barədə Hüseyn Cavidin Ev Muzeyi məlumat yayıb. Məlumatda deyilir ki, kitabları muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tərtib edib.

Üçcildliyə “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” daxil edilib.

Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Ərtoğrol Cavidin anadan olmasının 96-cı ildönümü münasibətilə Hüseyn Cavidin Ev Muzeyində tədbir keçirib. Tədbir çərçivəsində yeni üçcildliyin təqdimatı olub.

G.Babaxanlı Ə.Cavidin həyat və yaradıcılığından danışıb: “1919-cu il oktyabrın 22-də böyük şair Hüseyn Cavidin ailəsində bir sevinc yaşanıb. Bu sevinc dahi dramaturqun oğlunun dünyaya gəlməsi ilə bağlı idi. Görkəmli ədib oğlunun adını Ərtoğrol qoydu. Ərtoğrol da öz adına layiq bir övlad oldu. Nə yazıq ki, çox qısa bir ömür yaşadı. Amma bu qısa ömründə xalqımız üçün çox mühüm işlər görməyi bacardı. Onun muzeydə qorunan şəxsi arxivində çox böyük milli məsələləri özündə əks etdirən əlyazmaları var. Həmin əlyazmalar əsasında hazırlanan və məhz bu gün Ərtoğrol Cavidin doğum günündə çapdan çıxan bu kitablar muzeyin kollektivinin mədəniyyətimizə gözəl bir hədiyyəsidir”.

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10