Əsəd Qaraqaplanın “Sonralar daha çox yalnız” kitabı işıq üzü görüb

33 Baxış

 KITABESED

Gənc yazar Əsəd Qaraqaplanın sayca səkkizinci “Sonralar daha çox yalnız” adlı kitabı işıq üzü görüb. Müəllif kitab haqqında bunları deyib: “Geridə qalan 30 il var. Bu kitab mənim bu yaşımın yekun kitabıdır. Kitab həm romandır, həm esselər, həm şeirlər, həm də hekayələr. Və tələbə vaxtından bu yana yazdığım bir bioqrafiya. Burda ilk qələm təcrübələrimdən tutmuş son dönəmlərə qədərki seçmə yazılar – iç mətnləri yer alıb.”

Kitab yazarın yaratdığı “Ən Özgür Ədəbiyyat” seriyasından çap olunub. İndiyə kimi bu seriyadan Əsəd Qaraqaplanın “Halroman”, “XİLASroMAN”, “Dəliliyin D-şifrəsi”, “SAVAŞroMAN”, “Zorlanmışlar” və “Sevgidən sonra qadınlar” kitabları çap olunub.

Qeyd edək ki, iyunun 7-si, saat 17:00-da Kitabevim.az Mağazalar Şəbəkəsində “Sonralar daha çox yalnız” kitabının təqdimat mərasimi keçirilək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10