Əsəd Qaraqaplanın “Sonralar daha çox yalnız” kitabı təqdim olundu

103 Baxış

9

Kitabevim.az Kitab Marketində yazıçı Əsəd Qaraqaplanın “Sonralar daha çox yalnız” kitabının təqdimat məraimi keçirilib. Təqdimatda yazarın qələm dostları, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Əsəd Qaraqablan açıb. O, gələn qonaqları salamlayıb: “Geridə qalan 30 il var. Bu kitab mənim bu yaşımın yekun kitabıdır. Kitab həm romandır, həm esselər, həm şeirlər, həm də hekayələr. Və tələbə vaxtından bu yana yazdığım bir bioqrafiya. Burda ilk qələm təcrübələrimdən tutmuş son dönəmlərə qədərki seçmə yazılar – iç mətnləri yer alıb.”

Daha sonra şair Baba Vəziorğlu, rejissor Əbdül Mahmudov çıxış ediblər. İştirakçılar “Sonralar daha çox yalnız” kitabında yer alan şeirlərdən səsləndiriblər.

Sonda müəllif kitabını oxucular üçün imzalayıb.

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10