“ƏSA” Teatrı ABŞ-da

16 Baxış

9bab5a16a4de66045f35b0f53d71bd0d

Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrı hazırda ABŞ-da ölkəmizi təmsil edir. Ötən gün teatrın rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən “Konqres mükafatı”na layiq görülüb.

Senet.az-a teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, böyük nüfuza malik olan mükafat “ƏSA” Teatrına “Open World” proqramında iştirak etdiyinə görə verilib.

Xatırladaq ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” mövzusunda təşkil olunan beynəlxalq layihədə iştirak edir. Sabah “ƏSA” Teatrının həyata keçirəcəyi irimiqyaslı layihə amerikalı investorlara təqdim olunacaq.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10