Əsa Teatrında “Yuxum” tamaşası

8 Baxış

esa-teatri

“Yuxum” tamaşasının növbəti nümayişi baş tutacaq.

ƏSA Teatrından Senet.az-a daxil olan məlumata görə, “Yuxum” romantik komediyasının premyerasına iki gün qalmasına baxmayaraq bütün biletlər satılıb.

Çoxsaylı tamaşaçı istəyini nəzərə alaraq ƏSA Teatrı may ayının 20-də saat 19:00-da ingilis dramaturq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının növbəti nümayişini tamaşaçılara təqdim edəcək.

Məlumatda qeyd ounub ki, mayın 2-də baş tutan premyeraya ümumilikdə 400-dən çox tamaşaçı qatılıb.

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, rəssam Ülviyyə Mikayılova, qrafik dizayner və musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatı Nicat Qulam, geyim üzrə rəssam Leyla Əliyeva, işıq rəssamı Binyamin Sailovdur. Səhnə əsərində ümumilikdə 15 aktyor rol alıb.

Qeyd edək ki, tamaşanın nümayişi Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) tamaşa salonunda baş tutacaq. Biletin qiyməti 3-10 AZN aralığında dəyişir.

ƏSA Teatrının əsas heyəti əlilliyi olan aktyorlardan ibarətdir.

KÖŞƏ YAZARLARI
TOP 10