Əski Türk oyunu “Aşıq-aşıq”

240 Baxış

sshAşıq oyunu qoyun, quzu və keçilərin arxa ayaqlarında dizində olan sümüklə oynanan tarixi bir türk oyunudur. Oyun Orta Asiya, Azərbaycan, Türkiyə, Kərkükdə yaşayan türklər arasında hələ də oynanılır.

Oyun zamanı torpaq üzərində bir dairə çəkilir. Dairənin ortasında üfüqi xətt boyu “aşıq” adlanan sümüklər düzülür və oyunçular əllərində öz aşıqları ilə düzlümüş aşıqları vururlar. Atılan aşığın ağır olması üçün onun orta yerinə qurğuşun tökülür. Dairə içərisindəki aşıqlar dairənin kənarından çıxarsa bir xal sayılır.

Bu hal növbə ilə təkrarlanır. Yaxşı aşıq oynayanlar hətta bir metrlik məsafədən çırtma ilə öz aşığını başqa aşığa tuşlayıb vurar, aşığı aşırmaqla udardı. Aşığın alçı durması üçün onu ayaqqabının altına böyrü üstdə qoyub, asfalt yolun üstündə sürtməklə cilalayardılar. Yaxşı cilalanan aşıq necə atsan toxan yox, mütləq alçı durardı.

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10