“Əski türk soylarından biri – kolanılar” kitabı çap olunub

34 Baxış

photo_1196

“Əski türk soylarından biri – kolanılar” adlanan kitabda sözügedən tayfanın tarixi, yayılma arealı, yetişdirdiyi tarixi şəxsiyyətlərlə bağlı məlumatlar verilir.

Şair-publisist Namiq Hacıheydərlinin 8-ci kitabı işıq üzü görüb.

“Əski türk soylarından biri – kolanılar” adlanan kitabda sözügedən tayfanın tarixi, yayılma arealı, yetişdirdiyi tarixi şəxsiyyətlərlə bağlı məlumatlar verilir. Oxucular 60-dan çox mənbəyə istinadən hazırlanan əsərdə türk millətinin bu ünlü soyu barədə indiyədək bilinməyən bir çox həqiqətlərlə tanış ola biləcəklər.

Hazırda Güney və Quzey Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində – İraqda, Suriyada, Misirdə, İsraildə, Livanda, Əfqanıstanda, Qazaxıstanda, Özbəkistanda, Türkiyə və Avropanın müxtəlif ölkələrində 100 minlərlə kolanı türkü yaşayır. İnanırıq ki, geniş coğrafiyaya yayılmış qədim türk tayfasını incələyən bu əsər yazarın Azərbaycan tarixçiliyinə verdiyi gözəl töhfələrdən olacaq.

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10