“Əyil qulağına söz deyim, Şuşam” – Qulu Ağsəsin şeiri

13 Baxış

qulu agses

Tanınmış şair, publisist Qulu Ağsəsin Şuşaya həsr etdiyi “Xoş gördük, Şuşam” şeirini təqdim edirik:

Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına…
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına –
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
…Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..