Şövqi Hüseynov 10-cu dəfə Məşədi İbad olacaq

27 Baxış

Şövqi_Hüseynov15 mart saat 19.00-da Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası yeni quruluşda 10-cu dəfə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Teatrın Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Əməkdar artisti Şövqi Hüseynov 10-cu dəfə Məşədi İbad obrazında tamaşaçıların qarşısına çıxacaq. Qeyd edək ki, Ş. Hüseynov məhz Musiqili Teatrda “O olmasın, bu olsun” tamaşasındakı Məşədi İbad obrazının uğurlu ifasına görə Milli Teatr Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülüb. Ş. Hüseynovun oynadığı Məşədi İbad yeni və orijinal ifa tərzi ilə teatr ictimaiyyətinin rəğbətini qazanıb.

“Məhz Məşədi İbad kimi klassik və məsuliyyətli bir obrazın ifasına görə “Zirvə” mükafatına layiq görülməyim mənim üçün ikiqat əhəmiyyətə malikdir. Çox böyük həyəcan və sevinc içindəyəm. Cənab nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinə, Musiqili Teatrın direktoru Əliqismət Lalayevə, ustadım, tamaşanın rejissoru Cənnət xanım Səlimovaya minnətdarlığımı bildirirəm” deyə Şövqi Hüseynov bildirib.
Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada milyonların sevimli gülüş ustası Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış edirlər

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10