“Əli və Nino” ABŞ-da

9 Baxış
əli və ninoABŞ-ın “Sundance” beynəlxalq film festivalı çərçivəsində yazıçı Qurban Səidin eyniadlı romanı əsasında çəkilən “Əli və Nino” filminin premyerası keçiriləcək.
SİA-nın verdiyi xəbərə görə, 2015-ci ildə lentə alınan ekran əsəri yanvarın 27-də, 28-də və 31-də nümayiş olunacaq.
Filmin çəkilişlərinə 2015-ci il fevralın 24-dən başlanılıb və iyun ayınadək davam edib. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində, paytaxtın bir sıra məkanlarında, Qobustan, Xınalıq və s. ərazilərdə aparılıb.
“Əli və Nino” filminin rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hempton, icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyerdir.
Qeyd edək ki, ekran əsərində Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər aktyorlar rol alıblar.