“Əli və Nino” filminin premyerası keçiriləcək

45 Baxış

ALININOGələn ilin yanvarında “Əli və Nino” filminin premyerası keçiriləcək. Yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilmiş film yanvarın 21-dən 31-dək keçiriləcək ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalında nümayiş olunacaq.

Senet.az xəbər verir ki, “Əli və Nino” filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.

Qeyd edək ki, filmin çəkilişləri 2015-ci il fevralın 24-dən iyun ayınadək davam edib. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində və paytaxtın bir sıra digər məkanlarında, Qobustan və Xınalıqda aparılıb.

Bölmə : Sənət xəbər