“Əli və Nino” filminin təqdimatı olub

7 Baxış

1475735731_1475703040107133240_1000x669

Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin premyerası olub. Senet.az saytının Mərkəzin mətbuat xidmətindən aldığı məlumata görə,  yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin premyerasında ekran əsərinin yaradıcı heyəti də iştirak edib. Premyera filmdə rol almış məşhur aktyorların qırmızı xalı üzərindən keçidi ilə başlayıb. Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.


Filmin nümayişindən əvvəl baş rolun ifaçısı Adam Bakrinin videomüraciəti göstərilib. O, Bakıdakı təqdimat mərasimində iştirak edə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb. Adam Bakri filmdə yaratdığı roldan zövq aldığını deyib. Azərbaycan dilində çıxış edən aktyor bildirib: “Mən Azərbaycanda çox gözəl vaxt keçirdim və sizinlə görüşmək mənim üçün şərəfdir”.

Sonra film nümayiş olunub. Qeyd edək ki, film Azərbaycanda oktyabrın 6-dan başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir. Oktyabrın 24-dən başlayacaq Asiya Dünya Film Festivalı isə “Əli və Nino” filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.

Bölmə : Kino, Sənət