Ənənəvi və yeni media: oxşar və fərqli cəhətlər

44 Baxış

onlayn media 8Müharibə şəraitini yaşayan ölkəmizdə cəbhə bölgəsindən olan xəbərlərə daha həssas yanaşılmalıdır. Bu fikirlər Hədəf Karyera Mərkəzi, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın birgə təşkilatçılığı və Senet.az saytının informasiya dəstəyi ilə gənc jurnalistlər üçün keçirilən növbəti seminar- treninqdə  səsləndirilib. Seminar “Ənənəvi və yeni media” mövzusuna həsr edilib.  Seminarda Strateq.az saytının baş redaktoru Elxan Şükürlü və redaktorları Zaur İbrahimli, Xəqani Səfəroğlu gənc jurnalistlərə çap mediası ilə onlayn media arasında oxşar və fərqli cəhətlər, bugünkü medianın problemləri, həmçinin üstünlükləri barədə danışıblar. Onlayn medianın öz operativliyi ilə çap mediasından üstün olduğunu deyən təlimçilər onun bəzi mənfi nəticələrini də diqqətə çatdırıblar. Çünki operativliyə çalışan saytlar bəzən dezinformasiyaların yayılmasına səbəb olurlar. Gündəmdə cəbhə bölgəsində yaşanan hadisələr olduğuna görə seminarda bu gün yayılan xəbərlərə də münasibət bildirilib. Müharibə şəraitində olan ölkəmizdə bu məsələlərə daha həssas yanaşılmasının vacibliyini qeyd edilib. Çünki nəinki hansısa səhv məlumatın yayılması, hətta bəzi doğru məlumatların da geniş ictimaiyyətə açıqlanmasının mənfi nəticələri ola bilər. Təlimçilər gənclərə hətta sosial şəbəkələrdə paylaşılan məlumat, şəkil və ya videoların məxfi ola bilmə ehtimalını nəzərə almağı tövsiyyə ediblər.

Seminar-treninq qarşılıqlı müzakirə şəraitində davam edib. Gənc jurnalistləri maraqlandıran suallar cavablandırılıb.