Ən yaxşı əsərlərin müəllifləri açıqlandı

42 Baxış

maneraManera.az saytının elan etdiyi müsabiqənin nəticələri açıqlanıb.

“Ən yaxşı hekayə”, “Ən yaxşı şeir” , “Ən yaxşı tərcümə” nominasiyaları üzrə keçirilən müsabiqənin qalibləri “Akademkitab” kitab evində, tanınmış ədəbiyyat adamlarının və media nümayəndələrinin qatıldığı ədəbi-bədii tədbirdə mükafatlandırılıb. Manera.az-dan verilən məlumata görə, müsabiyəqə qoşulan 400-ə yaxın müəllifin yaradıcılıq nümunəsi (müəlliflər bilinmədən) münsif heyyətinə təqdim olunub. Onların qərarı ilə əvvəlcə 10-luq seçilib. Daha sonra yeni münsif heyyəti 10-luqdan 3-lük seçilib. Nəticədə 3-lükdə ən çox səs qazanan müəlliflər qalib elan olunub. Qaliblərə pul mükafatı, diplom və müxtəlif hədiyyələr təqdim olunub. Müsabiqənin nəticəsini təqdim edirik:

“Ən yaxşı hekayə” nominasiyası üzrə;

I yerin qalibi Azər Qismət – “Hamilə dəli” hekayəsi

II yerin qalibi Yaşar Bünyad – “General” hekayəsi

III yerin qalibi Vüsal Oğuz – “Nisyə” hekayəsi

“Ən yaxşı şeir” nominasiyası üzrə;

I yerin qalibi İsmayıl Məmmədov – “Müharibə xəbərləri və ölüm” şeiri

II yerin qalibi Tural Turan – “Od axşamı notları” şeiri

III yerin qalibi Oğuz Ayvaz – “Tanrının uşaq üzü” şeiri

“Ən yaxşı tərcümə” nominasiyası üzrə;

I yerin qalibi Səidə Ruslan – Lev Tolstoy “Çar və onun oğulları”

II yerin qalibi Taleh Eminoğlu – Frans Kafka “Hibrit”

III yerin qalibi Jalə Əsgərova – Bruce Stirling “Ölüm”