Əsl insan haqqında robotların nağılları

5 Baxış

yaratSentyabrın 24-də YARAT Müasir İncəsənət Məkanında 8 yaşından yuxarı uşaqlar üçün nağıl tamaşa nümayiş olunacaq.

Senet.az saytının AZƏRTAC-dan əldə etdiyi xəbərə əsasən,“Əsl insan haqqında robotların nağılları” adlı tamaşa yazıçı-fantast Stanislav Lemin əsərlərinin motivləri əsasında hazırlanıb.

Tamaşanın müəllifləri- Mariya Litvinova və Slava İqnatovdur. Bu nağıllarda, bəşər övladı insan, qalaktikalararası məkanda öz əfsanəvi planetlərində yaşayan, son dərəcə gözəl və mükəmməl robotlar irqinə qarşı qoyulan, əcaib və təhlükəli bir varlıq kimi təsəvvür olunur.

Kuklalar, dekorasiyalar və kostyumların bədii həlli stimpank üslubunda hazırlanıb.

Bölmə : Manşet, Teatr