Əyalət teatrı beynəlxalq festivalda iştirak edəcək

53 Baxış

sultan

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasının paytaxtında keçiriləcək 34-cü Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunub.

Teatrdan verilən məlumata görə İran Dram Sənətləri Baş İdarəsinin baş direktoru Mehdi Şəfii festivalda iştirak etməkdən ötrü dəvət məktubu göndərib: “34-cü Fəcr Beynəlxalq Teatr Festivalı 2016-cı il yanvarın 5-dən 20-nə kimi Tehran şəhərində keçiriləcək. Bu nüfuzlu sənət yarışmasına bizim teatr İran yazçısı Bəhram Bizayinin “İlan Sultan” tamaşası ilə qatılacaq. Dekabrın ortalarında premyerası keçirilən bu səhnə əsərini iranlı rejissor Xeyrullah Təğiyanipur tamaşaya hazırlayıb”.

Bölmə : Sənət xəbər