10 noyabr – Dünya Elm Günüdür

2 Baxış

99d60b8308a4d3a3f198b09e37d5781b

Dünya Elm Günü UNESCO-nun qərarı ilə təsis edilmişdir. 2001-ci ildə UNESCO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə dünya elm günü” elan etmişdir.

İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır. Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır, vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı isə vacib amillərdəndir.

Dünya Elm Günü UNESCO-nun təşkilatçılığı ilə keçirilən elmi iclaslar, seminarlar, konfrans və festivallarla qeyd edilir və hər il müəyyən bir mövzuya həsr olunur.

Bu gün dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da bu bayram böyük qürur hissi ilə keçirilir. Bu da səbəbsiz deyildir. Çünki Azərbaycan dünya elminə böyük töhfələr bəxş edən ölkələr sırasındadır. Ölkəmizdə elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanılmışdır.

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10