12 ən yaxşı detektiv film

3509 Baxış

VARIOUS

Müşfiq XAN 12 ən yaxşı detektiv filmi seçir:

 

 

 

 

 

 

 

1. “Yeddi”

Orijinal adı: “Se7en” (1995)

Rejissor: David Fincher

Bred Pit və Morqan Frimanın eyni filmdə yer aldığı ekran işidir. Xəfiyyə rolunda olan iki qəhrəman ağıllı və hiyləgər qatilin axtarışındadır. Ad və treyleri tamaşaçıya klişe kimi görünsə də, əslində filmin irəliləyən dəqiqələrində necə möhtəşəm qurğu və süjetə malik olduğunu, yaddaşında necə dərin iz sala biləcəyini hiss edir. Film qaranlıq və sirli səhnələri ilə olduqca maraqlıdır.

 1

 

 

 

2. “Quzuların səssizliyi”

Orijinal adı: The Silence of the Lambs (1991)

Rejissor: Jonathan Demme

Tomas Harrisin eyniadlı romanı əsasında ekrana gətirilən “Quzuların səssizliyi” filmi öz janrında “Ən yaxşı film” nominasiyası üzrə Oskar alan yeganə filmdir. Gənc FTB əməkdaşı Klaris pozğun silsilə qatilin axtarışındadır. Amma bunun üçün daha təhlükəli başqa bir silsilə qatildən dəstək alması, onun psixologiyasına bələd olması vacibdir. Bu sırada isə səhnəyə film dünyasının ən xarizmatik silsilə qatillərindən biri – Dr. Hannibal Lekter çıxır. Ümumiyyətlə Lekter obrazının yer aldığı film silsilələrində “Quzuların səssizliyi” ən uğurlusudur.

VARIOUS

 

 

 

3. “Şerlok Holms”

Orijinal adı: “Sherlock Holmes” (2009)

Rejissor: Guy Ritchie

Dünyaca məhşur detektiv ustası Artur Konan Doylun yaratdığı əfsanə xəfiyyə Şerlok Holmsun nisbətən müasirləşdirilərək ekranlara gətirdiyi bu film milyonlarla seyredicinin böyük marağına səbəb oldu. Şübhəsiz ki, Şerlok Holmsu vazkeçilməz edən əsərlərindəki zəkasının, analitik düşünmə qabiliyyətinin filmdə də öz əksini tapmasıdır. Bu arada Şerlok Holms obrazının Robert Doneyə, Doktor Vatson obrazının isə Jüde Loya həvalə edilməsinin olduqca uğurlu seçim olduğunu da mütləq vurğulamaq lazımdır.

3

 

 

 

4. “Cinayət xatirələri”

Orijinal adı: “Memories of murder” (2003)

Rejissor: Joon-ho Bong

Cənubi Koreyada qəsəbələrin birində qadınları zorlayaraq öldürən silsilə qatilin izində bir-birinə zidd xarakterə sahib olan iki detektivin rol aldığı həyəcanla izləyəcəyiniz bir filmdir. “Cinayət xatirələri” standart mövzu üzərində qurulsa da, çox həyəcanverici süjetə malik olması ilə Uzaq Şərq filminin bütün klişeləri yıxa biləcək, tamaşaçını şiddətlə narahat edə biləcək tərəflərindən dolayı uğurlu ekran işidir. Filmin baxımlılığını artıran digər səbəb isə xarizmatik görünməyə çalışmayan cır səsli koreyalıların tamaşaçısını əyləndirə biləcək, izləmə ləzzəti yaşada biləcək təbii obrazları üzərində qurulan ssenarisidir.

sp-01

 

 

 

5. “Təlim günü”

Orijinal adı: “Training Day” (2001)

Rejissor: Antoine Fuqua

Təcrübəli polis əməkdaşı Cek Hoyt uzun müddət xəyallarını qurduğu detektiv Harrisin dəstəsinə qoşulmaq üçün bir sınaq tapşırığını yerinə yetirməli olur. Əgər ona verilən tapşırığın öhdəsindən uğurla gələ bilərsə, Cekin xəyalları gerçəkləşəcək. İzləyərkən Denzel Vaşinqtonun aktyorluq məharətinin yüksək performanslarına bir daha şahid olacaq, böyük zövq alacaqsınız. Bu film Akademiya Münsifləri tərəfindən “Ən Yaxşı Kişi Aktyor” mükafatını almışdır.

5

 

 

 

6. “Günah Şəhəri”

Orijinal adı: “Sin City” (2005)

Rejissor: Frank Miller, Robert Rodriguez

Fran Millerin eyniadlı cizgi romanın əsasında ssenariləşdirilən film tərzinə görə son illərin ən qeyri-adi, ən fərqli ekran əsərlərindən biridir.  

6

 

 

 

7. “L.A. Gizli”

Orijinal adı: “L.A. Confidential” (1997)

Rejissor: Curtis Hanson

Film 1950-ci illərdə Los Ancelsdə yeraltı dünyasının tanınmış simaları arasındakı liderlik savaşı ilə başlayıb, bu olayları araşdırmaq üçün görəvləndirilən L.A. Polis İdarəsindən üç polis əməkdaşının hadisəyə qarışması ilə davam edir. Möhtəşəm aktyor heyətinə sahib olan film onlarla mükafat da daxil olmaqla, 2 Oskar almışdır.

MSDLACO EC006

 

 

 

8. “Zodiak”

Orijinal adı: “Zodiac” (2007)

Rejissor: David Fincher

Robert Kratsmitin eyniadlı əsəri əsasında ərsəyə gələn filmdir. Bu əsər 60-cı illərin sonunda Amerikada silsilə cinayətlər törədən və “Zodiak” ləqəbi ilə xatırlanan qatilin həyat hekayəsini əks etdirir. Bu janrda “silsilə qatil” mövzusu həddən artıq istifadə edilsə də, Zodiak bu klişeni olduqca gözəl istifadə edir.

 8

 

 

 

 

9. “Çin məhəlləsi”

Orijinal adı: “Chinatown” (1974)

Rejissor: Roman Polanski

Detektiv Cek Gittes ərinin onu aldatdığından şübhələnən varlı bir qadın tərəfindən tutulur. Zaman keçdikcə Gittes bu işin adi bir aldatma, yaxud da xəyanət məsələsindən daha böyük bir olayla bağlı olduğunu aşkara çıxarır. Filmdə xəfiyyə obrazını Cek Nikolson canlandırıb.

9

 

 

 

10. “Ölümcül təqib”

Orijinal adı: “Donnie Brasco” (1997)

Rejissor: Mike Newell

Cənubi Koreya çəkimi olan filmdə həmçinin Al Paçino da rol almışdır. Klişelərdən uzaq, olduqca baxımlı filmdir.

 10

 

 

 

11. “Kamera”

Orijinal adı: “The Cell” (2000)

Rejissor: Tarsem Singh

Vinsent Donofrio adlı silsilə qatil qaçırdığı son qurbanını öldürə bilmədən komaya girir. Arxasınca heç bir ipucu buraxmayan qurbanı tapmaq üçün indiyə qədər sınaqdan çıxarılmamış bir üsuldan istifadə ediləcəkdir. Terapevt rolunda Cenifer Lopez qatilin altşüuruna girərək ipucları tapmağa çalışır. Bu sırada bir qatilin şüuraltısının düşünüb anladıqlarından daha təhlükəli olduqlarını öyrənirlər.

11

 

 

 

12. “8 MM”

Orijinal adı: “8 MM” (1999)

Rejissor: Joel Schumacher

Nikolas Keycin də rol aldığı filmdir. Tom Vels olduqca bacarlıqlı özəl detektivdir. Spesifik olaraq insanları təqibetmə üzrə profesionallaşmış və bu sahənin ən çox axtarılan üzvlərindən birinə çevrilmişdir. Filmdə ona gözlənilmədən peyda olmuş qatilin təqibi həvalə edilir.

 12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10