120 milyon avroluq rəsm əsəri

24 Baxış

Karavaccoİtalyan rəssamı Mikelanceloya aid olduğu ehtimal edilən bu rəsm əsəri Fransanın Toulouse şəhərində bir evin damından təsadüf nəticəsində tapılıb.

Toulouse yaxınlığında bir evdə su sızmasının səbəbini aydınlaşdırmaq istəyən ev sahibləri dama qalxıblar. Damda unudulmuş bir rəsm əsəri onların diqqətini çəkib. Rəsmi dəyərləndirmək üçün mütəxəssislərdən yardım istəyiblər.

2014-cü ilin aprelində rəsm əsəri üzərində aparılmağa başlayan araşdırmaların nəticələsi isə təqribən iki il sonra açıqlanıb. Fransanın tanınmış sənətkarları Eric Turquinin əməkdaşları ilə birgə apardığı araşdırmalar şəklin 1571-1610-cu illərdə yaşayan İtalyanın görkəmli rəssamlarından olan Mikelancelo Merisi da Karavaccoya aid olduğunu üzə çıxarıb.

Eric Turquin araşdırmaları nəticəsində əldə etdikləri məlumatları Parisdə təşkil olunan mətbuat konfransında açıqlayıb. Araşdırmalara görə, Judizin Holofernesin başını kəsmə səhnəsinin əks olunduğu rəsm əsəri 1604-1605- ci illərdə Karavacco tərəfindən çəkilib.

Karavacconun iki fərqli əsərini Judiz və Holofernesə həsr etdiyi, bu şəkillərdən birinin hələ də Romadakı Barberini Muzeyində saxlandığı, digərinin isə XVII əsrdə yoxa çıxdığı qeyd edilir. İtaliya mətbuatı şəklin tapıldığı evin sahiblərinin ulu babalarının birinin Napaleonla birlikdə İtaliyaya gələn zabitlərdən olduğunu vurğulayaraq, rəsm əsərinin də bu zabit tərəfindən Fransaya aparıla biləcəyi barədə məlumatlar yazıb.

Damdan tapılan rəsm əsərinin Karavaccoya aid olduğu iddiasından sonra Fransa Mədəniyyət Nazirliyi əsəri “Beynləxalq Xəzinə” elan edib. Buna görə də rəms əsərinin 30 ay müddətində xaricə aparılması qadağan edilib. Şəkil üzərində araşdırmaların davam etməsi və son nəticələrin əldə olunması üçün aylar və hətta illər lazım ola biləcəyi qeyd edilib. İtaliya mətbuatında rəsm əsərinin Karavaccoya aid olduğu tam təsdiq olunarsa 120 milyon avro məbləğində dəyərləndiriləcəyi barədə məlumatlar yer alıb. Hətta Parisə Luvr muzeyində rəsm əsərinin satın alınması üçün ilkin cəhdlər edildiyi də bildirilir.