Amsterdamda yerləşən Van Qoq Muzeyi rəssamın 125 illik yubileyi ilə bağlı maraqlı layihəyə imza atıb.
“Mənə istədiyini sualı ver” adlı layihə vasitəsilə sənətsevərlər Van Qoqa suallar verə biləcək.
Əlbəttə ki, bu suallar yalnızca onun həyatı ilə bağlı olmalıdır. 125 gün müddətində keçiriləcək layihədə, hər gün bir sual seçiləcək və onun cavabı yayımlanacaq. Sualın müəllifi isə muzey tərəfindən mükafatlandırılacaq.
Qeyd edək ki, www.vangoghmuseum.nl saytına daxil olaraq sual göndərmək mümkündür.