Arxitektura sahəsində ən nüfuzlu mükafatın sahibi bəlli olub

15 Baxış

Picture1

Pritçkerov mükafatına çilili memar Aleksandr Araven layiq görülüb. Münsiflər qeyd edirlər ki, onun işi “sosial yönümlü memarlığı canlandırır”. Aleksandr Aravenin yaradıcılığında ən xarakterik nümunələr Çilidəki Katolik universitetinin binası, Sent- Endryus Universitetinin ictimai və təhsil müəssisələri, Santyaqoda iki yüz ilin Uşaq parkı və digər layihələrdir. Memarın etirafına görə, ictimai mənzil dizaynı ona “həyati əhəmiyyət kəsb etməyən hər şeydən xilas olmağı, son dərəcə dəqiq olmağı və hər hansı ixtiyarı qərarları qəbul etməməyi” öyrətdi. Araven 2008-ci ildə Venesiya Memarlıq Biennalesində “Gümüş Aslan” mükafatı alıb. Bu il isə  XV Venesiya Memarlıq Biennalesinin kuratoru olacaq.

Qeyd edək ki, Pritçker mükafat arxitektura sahəsində Nobel mükafatının analoqu hesab edilir. Mükafat Tom Pritçker tərəfindən yaradılıb, onun xeyriyyə fondu tərəfindən maliyyələşdirilir və 1979-cu ildən təqdim edilir.