13-cü “Yazı” işıq üzü görüb

38 Baxış

yazi “Yazı” ədəbiyyat dərgisinin 13-cü sayı işıq üzü görüb. Bu barədə Senet.az-a açıqlamasında jurnalın baş redaktoru Azad Qaradərəli məlumat verib. Dərgi baş redaktorun  “Yeni naturalizmə doğru”  yazısı  ilə açılır.

“Sözümüzün yiyələri” rubrikasında görkəmli şair Vaqif Səmədoğlunun şeirləri  yer alıb.

“Bir kitab şeir”də  oxucular Şəhriyar del Geraninin,  poeziya bölümündə isə Könül Həsənqulu, Məmməd İlqar, İsfəndiyar Əhmədli,Esmira Məhiqızı, Elnur Astanbəyli, Ruzbeh, Cavanşir Muradlının   şeirlərini oxuya biləcəklər.

“Yazıçının arxivindən”  bölümündə mərhum yazıçımız Sabir Əhmədlinin “Yazılmayan yazı”  memuar  romanından bir parça verilib. “Həsr”  bölümündə  Kənan Hacının “Fironun dəftəri” romanının sonu, Əjdər Ol, Mübariz Örən, Mövlud Mövlud, Həmid Piriyev, Oğuz Ayvaz, Xan Abdulla, Azad Qaradərəlinin hekayələri yer alıb.

Yaradıcılıq Emalatxanası” rubrikası BSU Yaradıcılıq Fakültəsinin tələbələrinə  həsr olunub. Burada Vəli  Efe, Sərvər Kamranlı, Sevil İşıq, Zaur Sahil, Zamiq Mehdisoy, Günay Həsənli, Dəniz Pənah, Gültən Qədirlinin  yazıları ilə tanış olmaq olar.

“Çevirmə” başlığında  Nobel  ödülçüsü Mario Varqas Lyosanın “Su içində balıq kimi” romanından parçalar, Ataol Bəhramoğlu, Fərrux Fərruxzad, Herman Hesse və özbək ədəbiyyatından (Fərqanə məktəbi)  çevirmələr dərc olunub.

Güney sovqatı”  rubrikasında Kiyan Xiyav və Ramin Cahangirzadənin yazıları yer alıb.

“Esseistika” bölümündə Niyazi Mehdinin iri həcmli essesinin davamı, Mehman Qaraxanoğlunun Mübariz Örənin yaradıcılığına  həsr olunmuş qeydləri  və “Rakurs” bölümündə Vahid Qazinin yazısı verilib.

“Palirta” bölümündə  gənc rəssam Pəri Miniatürün yaradıcılığı haqda  məlumat və  rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri,  yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.

Dərginin yeni sayını  rayonlarda “Azərmətbuatyayım”  köşklərindən,  Bakıda isə  Kitabevim.az kitab mağazasından  (dəmiryol vağzalı ilə üzbəüz, dəmiryol xəstəxanasının sağında, 2-ci mərtəbə) və Bakitabdan (Sabir bağı, Sabirin heykəli ilə üzbəüz zirzəmidə) əldə etmək mümkündür.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10