13 gəncin bir kitabı

106 Baxış

31255

Avqustun 9-u, saat 16:00-da Kitabevim.az kitab marketində “30+1” kitabının təqdimat mərasimi keçiriləcək.

Bu barədə Senet.az-a açıqlamasında Nicat Həşimzadə məlumat verib. O, kitabda 13 müəllifin hekayə və şeirlərinin yer aldığını bildirib: “13 nəfər birləşdik və “30+1” adlı kitabı yaratdıq. Kitabın çapı üçün heç bir maddi dəstəyimiz yox idi. Xan Rəsuloğlunun, İsmayıl Rizvanoğlunun və Seymur Sunun xüsusi əziyyətləri nəticəsində kitabı ərsəyə gətirə bildik”.

Qeyd edək ki, kitabda İlkin Tomar, Nicat Həşimzadə, İsmayıl Rizvanoğlun, Murad Ramazanov, Şvartsman, Xan Abdulla, Yusif Hansen, Ağaəhməd Göyüşov, Seymur Su, Kamran Süleyman, Paşa Hikmət, Ziya Balayev, Elvin Nihan kimi gənc yazarların əsərləri yer alıb.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10