Beşlərə Çevrilmiş Üçlər

55 Baxış

Gülşad Quliyeva      Gülşad Quliyeva

     Beşlərə Çevrilmiş Üçlər

 

Bütün bəyazların kirlənmək üçün olduğunu öyrədiyimdə

Hələ ağarmamışdı mənə həyat verən qadının saçları

Gündəliyimdəki 5-lərə sevinirdi həyatımın ilk kişisi.

Sevdiyim qadın üçün susmağı bacaranda,

Ən doğma kiçi üçün 3-ü  5-ə çevirirdim.

Bir gün belə xoşbəxt edə bilmədisə yalanların

Bundan sonra sus.

Danışa bilirsənsə əgər

Yalan danış.

 

İçimdən Uzaq Bir Otaqda…

Küçənin solundakı 14-cü mənzilin

Adamsız otağında yanan işığın

Xəbəri yox içimdəki ala-qaranlıqdan,

Xəbəri yox içimdəki alabaşdan,

Ağ pişikdən,

Ac qarğadan xəbəri yox.

Təkcə səni bilir,

Səni tanıyır o işıq

Və içimdən uzaq bir otaqda yanır.

 

Yazın Qar Adamı…

Hələ çox qələmlər unudacaq,

Hələ çox vərərqlər xatırladacaq onları.

Yorğun,

Köhnə,

Toz geyinmiş kitabları

Qapısız bir evə tapşırıb gedəcəklər.

Doğma ətirli yad əşyaları,

Şəhər-şəhər daşıyacaqlar yuxularıma

Yazın qar adamına payızdan danışan əllərim.

 

Bölmə : Poeziya, Ədəbiyyat