135 milyon dollarlıq hərrac

7 Baxış

Sotheby s hərracı

Londonda Sotheby`s hərracında əfsanəvi fransalı heykəltəraş Oqüst Rodenin “İris- Tanrıların elçisi” əsəri satışa çıxarılıb.

Oqüst Roden müasir heykəltəraşlığın təsisçilərindən biri hesab ediir. Müəllifin əsəri impressionizm, romantizm və simvolizmin ünsürlərini özündə cəmləşdirib və insan bədəninin emosional vəziyyətini təsvir edir. Başı kəsik bu heykəli Roden 1891-ci ildə hazırlayıb. Heykəltəraşlıq nümunəsi əvvəllər məşhur hollivud kinoaktyoru Silvester Stallonenin şəxsi kolleksiyasında olub. Hərracda isəəsər heykəltəraş Roden üçün rekord qiymətə- 11,6 milyon funt sterlinqə (16,7 milyon dollara) satılıb.

Sotheby`s hərrasında ən bahalı lot isə Pablo Pikassonun “Qadın başı” rəsmi olub. Bu rəsm əsəri isə 27 milyon dollardan baha satılıb.

Hərrac zamanı Klod Monenin “Dojlar sarayı, San-Corco Majoredən görüntü”  rəsmi 16,7 milyon dollara, Anri Matissanın “Fortepiano dərsləri”əsəri isə 15,5 milyon dollara satılıb.

Ümumilikdə isə Sotheby`s auksionunda dəyəri 135 milyon dollar olan lotlar satılıb.